Qum, seyyid məHƏMMƏDHƏSƏn musəVİ kaşANİ



Yüklə 2,38 Mb.
səhifə19/47
tarix21.10.2017
ölçüsü2,38 Mb.
#8814
1   ...   15   16   17   18   19   20   21   22   ...   47

HÜCR ZİYADA ETİRAZ EDİR

Ziyad Əmr ibni Hərisi öz yerində qoyub Kufədən Bəsrədəki qərargahına yola düşdü. O, Ziyadın müavini kimi, Kufə ağsaqqallarını məscidə çağırdı. İstər-istəməz Hücrün yaxın dostları da gəldilər. Əmr ibni Həris xütbə oxuyub Osmanı təriflədi, ərbabının müqabilində nökər sifətini zahir etdikdən sonra, camaatı tabeçiliyə, itaət etməyə səslədi.

Bu həssas anlarda Hücr ibni Ədi və onun dostları ayağa qalxıb təkbir deyərək onu, Ziyadı, Müaviyəni və Osmanı pislədilər. Ona həmlə edib daşa basdılar və minbərdən aşağı saldılar. O Darul-imarəyə (hökumət sarayına) qaçmağa məcbur oldu. Qapıları möhkəm bağlayıb hadisəni Ziyada xəbər verdi. Sonra təkid etdi ki, əgər Kufəni əldə saxlamaq istəyirsənsə, yubanmadan qayıt. Əks halda Hücr ibni Ədi öz köməkçiləri ilə hər yeri əlinə keçirəcək.

Ziyad təcili surətdə Kufəyə gəldi. Cümə günü minbərə cıxıb belə bir hədələyici xütbə söylədi: Əgər bu kiçik məntəqədə Hücrün yaratdığı iğtişaşın qarşısını ala bilməsəm, kişi deyiləm! (Sonra Hücr ibni Ədiyə xitabən dedi:) Ey Hücr, bəxtin gətirmədi! Sənin məsəlin gecə qaranlığında yem axtarmağa gedib səhvən canavara qismət olan heyvanın məsəli kimidir.

Ziyad düz deyirdi; çünki o, canavar idi. Elə bir canavar ki, insanlara hücum edib onları parçalayırdı. O, bir canavar idi ki, başqa canavarın vasitəsilə çoban paltarında qoyunların arasında zahir olmuşdu. Elə bir canavar ki, başqa canavarın köməyi iə şərafətli insanları didir, parçalayır, boğurdu.

HÜCRÜN TUTULMASI FƏRMANI

Ziyad fərman verdi ki, Hücr ibni Ədini tutsunlar. Amma onun muzdurları Hücrə hücum etdikdə onun səmimi dostları onların qabağını alıb dedilər: Biz Hücrün Ziyadın yanına getməsinə icazə verməyəcəyik! O, Ziyadın fərmanına boyun əymir! Bu minvalla, muzdrlar Hücrün dostlarının kəskin və güclü müqaviməti ilə qarşılaşıb geri çəkilməyə məcbur oldular və bu işin öhdəsindən gələ bilməyəcəklərini Ziyada xəbər verdilər.

Bu hadisədən sonra Ziyad təqibi gücləndirərək Hücrü tutmaq üçün daha çox adam göndərdi. Amma bu dəfə də məğlub oldular. Hücr öz dostları ilə əvvəldəki kimi mərd-mərdanə dayanıb, öz mətinliklərini davam etdirdilər. Kufədə vəziyyət gərginləşmişdi. Ziyad camaatı Hücrün ətrafınadan dağıtmaq üçün yeni-yeni hiylələrə əl atdı. Camaatı ondan uzaqlaşdırmaq, onu təkləmək məqsədilə Kufənin ağsaqqallarını dəvət edib onlara dedi: Siz bir əlinizlə başınızı yarıb o biri əlinizlə məlhəm qoyursunuz. Sizin ürəkləriniz Hücrlədir. Çünki, öz qardaş və oğlanlarınızı onu himayə etmək üçün göndərir, özünüz isə mənim yanıma gəlirsiniz. Bu, sizin qurduğunuz hiylədir. Dərhal ondan uzaqlaşmalısınız. Əks halda çoxlu qoşun göndərib azğınçılıq və inhirafınızı islah edəcəyəm.

Öz mənfəət, imtiyaz, sərvət və qüdrətlərini təhlükədə görən Kufə ağsaqqalları təlaş və həyəcan içində yerlərindən qaxıb dedilər:–Bizim hamımız sənin fərmanına tabeyik. Hər nə istəyirsən de, biz yerinə yetirməyə hazırıq!

Ziyad dedi:–Tez olun öz qohum-qardaşlarınızı Hücrün ətrafından dağıdın!

Kufənin nüfuzlu şəxsləri onun fərmanlarına əməl edərək dərhal öz adamlarını geri çağırdılar. Ziyad bu yolla Hücr ibni Ədini təkləyib dostlarının sayını azaltdı. Bir neçə nəfər istisnla olmaqla bir kəs qalmadı. Hücr bir müddət çarpışdıqdan sonra gizləndi. Ziyad bu dəfə təhdid etməyə başladı və qədimki hiylələrini işə saldı. Hücrün mənsub olduğu qəbiləsinin rəisi Məhəmməd ibni Əşəsi çağırtdırıb hədələyərək dedi:–Allaha and olsun, əgər Hücrü təhvil verməsən əmr edəcəyəm ki, sənin xurma ağaclarını dibdən kəsib evlərini yerlə yeksan etsinlər. Özünü də tikə-tikə doğrayacağam.

Məhəmməd ibni Əşəs işin bu yerə çatdığını gördükdə Hücrü təhvil vermək üçün üç gün möhlət istədi.

Hücrün dostlarının hamısı Ziyadın polisinin vasitəsi ilə tutuldular. Dostlarının tutulması və Ziyadın hədə-qorxu gəlməsi xəbəri Hücrə çatdı. Onun vicdanı heç vaxt qəbul edə bilməzdi ki, özü gizlənsin, dostları isə cəlladların işgənəsi altında can versinlər, qəbilə üzvləri təqiblərə məruz qalsınlar, qohum-əqrəbası qətlə yetirilsin və əmlaklarının müsadirə edilməsi ilə hədələnsinlər.



HÜCRƏ AMAN VERİLDİ

Hücr bir nəfəri Məhəmməd ibni Əşəsin yanına göndərib ona təklif etdi ki, Ziyadın yanına gedib ondan aman alsın ki, ona ziyan vurulmasın və onu mühakimə olunmaq üçün Müaviyənin yanına göndərsin. Hücrün fərmanının ardınca Məhəmməd ibni Əşəs Kufənini ağsaqqalları və tanınmış şəxsiyyətlərindən bir neçəsini çağırıb birlikdə, Hücrün təklifini müzakirə etmək üçün Ziyadın yanına getdilər. Müzakirədən sonra aman aldılar ki, Hücrü Müaviyənin yanına göndərsin. O, bu təklifi qəbul etdi və Hücrə zərər vurmayacağına söz verdi.

Yalnız bundan sonra Hücr baş qərargaha daxil oldu. Ziyad onu danlamağa, məzəmmət etməyə başladı. Elə güman etdi ki, Hücrün əl-ayağını bağlamaqla məğlub etmişdir. Buna görə dedi:–Camaat bizimlə müharibəni dayandırıb təslim olduğu zaman sən bizimlə müharibə etmək istəyirsən?

Daha sonra ona bəzi hədələyici sözlər dedi ki, hamısı onun yırtıcılıq xasiyyətindən və qaniçən olmasından söz açırdı. Hücr onun cavabında dedi:–Sən mənim canıma və malıma aman vermisən və söz vermisən ki, məni Müaviyənin yanına göndərəsən.

Ziyad dedi:–Əgər verdiyim amanın ehtiramı məsələsi olmasaydı, elə bu saat səni öldürərdim!

Daha sonra fərman verdi ki, onu zindana salsınlar.



HÜCR MÜAVİYƏNİN YANINA GÖNDƏRİLİR


Ziyad əsirləri cəzalandırmaq üçün Müaviyənin yanına göndərməli idi. O, törətdiyi cinayətlər qarşısında özünə bəraət qazandırmaq və camaatı daha çox qorxutmaq üçün Kufə ağsaqqallarını dəvət edib onlara dedi ki, Hücr və dostlarının əleyhinə şəhadətnamə yazsınlar. Daha sonra camaatı məcbur etdi ki, şəhadətnamənin altını imzalasınlar. Onun özü kimi ruhi xəstəliklərə düçar olmuş bir qrup satqın, o cümlədən Osmanın zamanında da cani sayılan Üqbət ibni Əbi Muit, Əbu Musa Əşərinin oğlu və s. kimi bir neçə nəfər bir yerə yığışıb şəhadət verdilər.

Saxta və başdan-başa yalanla dolu olan şəhadətnamə yazıldı. Dustaqları Dəməşqə göndərmək üçün hazırladılar ki, orada Müaviyənin ədalətli məhkəməsində mühakimə olunsunlar (!) və əvvəlcədən çıxarılmış hökmlər icra olunsun. (Dustaqların sayı 14 nəfər idi.)

Ziyad ibni Əbih cəlladlarından ikisinə əmr etdi ki, məhbusları Şama aparsın. Onları zəncirlə bağlanmış halda kecavəyə mindirib sübhdən axşama qədər Kufə meydanında saxladılar ki, hamını qorxudub bildirsinlər ki, bunlar Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam)-ı himayə edənlərdir ki, axır-aqibətləri belə oldu.

Gecə əsirlər karvanı hərəkət edib bir müddətdən sonra Dəməşqin 12 milliyindəki Mərc Əzra adlı bir yerə çatdı. Bura həmin yer idi ki, Hücr ibni Ədi İslam qoşunu ilə Şamı fəth etmək üçün oraya gəlmişdi. Orada təkbir deyən ilk müsəlman da məhz o idi.

İndi isə bu kəndin canavarları onu parçalayıb qanını axıtmaq istəyirdilər. Məhbusları orada saxladılar. Müaviyə onların saraya daxil olmalarına icazə vermədi.

Ziyadın məmurları məktubları və şəhadətnamələri Müaviyənin yanına apardılar və onu əsirləri gətirdiklərindən və məktubların mətnindən xəbərdar etdilər. Saray işçiləri Şamın adlı-sanlı adamlarından bir qrupunu çağırdı. Müaviyə onların yanında şəhadətnamənin mətnini oxudu və məhbusların günahını geniş surətdə şərh etdi. Sonra məclis əhlinin müttəhimlər barəsindəki nəzərlərini soruşdu. Hər kəs bir söz dedi... Sonra Ziyadın məktubunun cavabını belə yazdı: Hücr ibni Ədinin işində çox fikrləşdim. Gahdan onu əfv edib bağışlamağa, gahdan da ölümə layiq kördüm. Ziyad bu məktubun mətnindən xəbərdar olduqdan sonra (onda intiqamçılıq və şeytan xasiyyəti olduğuna görə həmişə nahaq yerə başqalarının qanını axıtmaq istəyirdi) öz yaxın adamlarından birini çağırıb onun vasitəsi ilə Müaviyəyə xəbər verdi ki, əgər Kufənin hökmranlığını əlində saxlamaq istəyirsənsə, Hücr və yoldaşlarını hökmən aradan götürməlisən.

Bu şəxs öz yolüstü Mərci Əzrada dayanaraq Hücrün dostlarına nəsihət etməyə başladı. Onlara xəbərdarlıq etdilər ki, əgər diri qalmaq istəyirsinizsə, Əlidən bezarlıq edin. Amma Hücr və dostları öz niyyətlərində qətiyyətli və möhkəm idilər. Bu təklifi qəbul etmək onlar üçün qeyri-məntiqi və insaniyyətdən uzaq idi. Onlar inanırdılar ki, əgər bu işi qəbul etsələr təkcə Əlidən yox, həm də İslamdan bezarlıq etmiş olurlar. Hücr ona dedi ki, sifarişini Müaviyəyə çatdırıb desin ki, şahidlər düşmənçilik və həsədlə bizə töhmət vurdular. Bu söz Müaviyəyə çatdıqdan sonra onun kin-küdurətlə dolu olan qəlbi haqq sözləri qəbul etmədi, dedi ki, Hücrün sözləri yox, Ziyadın sözləri düzdür.


Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin