Qum, seyyid məHƏMMƏDHƏSƏn musəVİ kaşANİ


HƏZRƏT MÜSLÜM TÖVƏNİN EVİNDƏ



Yüklə 2,38 Mb.
səhifə29/47
tarix21.10.2017
ölçüsü2,38 Mb.
#8814
1   ...   25   26   27   28   29   30   31   32   ...   47

HƏZRƏT MÜSLÜM TÖVƏNİN EVİNDƏ


Həzrət Müslüm Kufənin küçələrində yalqız və sərgərdan dolanaraq hara gedəcəyini düşünürdü. Bir qədər gəzdikdən sonra Tövə adlı bir qadının evinin qapısı yanında dayandı. Tövə əvvəllər Əşəs ibni Qeysin kənizi olmuş, ondan da bir oğlu var idi. Əşəs onu azad etdikdən sonra Üseyd Xəzrəmi adlı bir nəfərə ərə getmiş və ondan Bilal adlı bir oğlu olmuşdu. Bilal da başqaları kimi Həzrət Müslümə qoşulmuşdu. Qadın indi öz oğlunun yolunu gözləyirdi. Həzrət Müslüm onu görcək salam verib, içməyə su istədi. Özü isə qapının astanasında oturdu. Tövə Həzrət Müslümə su gətirdi, bir azdan qayıdıb onu yenə də oradaca oturmuş görüb onun getmək niyyəti olmadığını başa düşdü. Odur ki, soruşdu:–Su içmədin?

Həzrət Müslüm həzin bir səslə:–Niyə, içdim.

Tövə–Bəs niyə öz evinə getmirsən?

Həzrət Müslüm sükut etdi. Qadın sualını bir daha təkrarlasa da, yenə cavab eşitmədi.

Nəhayət iffət və namus onu məcbur etdi ki, qəlbində olanları açıb desin:–Sənin burada oturmağına razı deyiləm. Sənə yaraşmaz ki, mənim evimin qarşısında oturasan.

Həzrət Müslüm oturduğu yerdən qalxıb dedi: Ey qadın, mənim bu şəhərdə sığınacaq yerim yoxdur. Mümkündürmü ki, mənə öz evində sığınacaq verəsən? İnşallah, gələcəkdə sənin yaxşılığının əvəzini çıxaram.

Qadın soruşdu:–Sən kimsən?

Həzrət Müslüm özünü ona tanıtdırıb dedi:–Bu camaat bizi aldatdı.

Qadın tam arxayın olsun deyə, yenidən soruşdu:–Sən Müslümsən?

Müslüm cavab verdi:–Bəli!

Qadın sevinib dərhal onu evinə apardı. Həzrət Müslüm qadının oğlunun otağından başqa bir otağa daxil oldu. Qadın ona yemək gətirdi, lakin Həzrət Müslüm meyl etmədi. Bu minvalla qadın Həzrət Müslümə xidmət etməyə məşğul idi ki, oğlu Bilal gəlib çıxdı. Gördü ki, anası tez-tez başqa otağa gedib-gəlir. Bildi ki, təzə bir xəbər vardır. Anasından soruşdu, o cavab vermək istəmədikdə, oğlu israr etdi. Nəhayət, anası Müslümü evinə gətirməsini ona söyləyib ondan bu sirri heç kəsə açmamağını dil-ağız etdi. Bilal isə bütün gecəni Übeydullahdan qiymətli hədiyyə almaq fikri ilə dəqiqələri sayırdı.

HƏZRƏT MÜSLÜMÜN YUXUSU

Həzrət Müslüm bir anlığa yuxuya daldı. Yuxuda əziz əmisi Əmirəl-möminini (əleyhis-salam) gördü. İmam ona buyurdu: Sabah mənim yanımda olacaqsan. Elə isə, tələs, tələs!

Həzrət Müslüm şəkk etmirdi ki, səhər sübh çağı şəhadətə çatacaq. Sübh açıldı, Həzrət Müslüm gecənin son anlarını Xaliqlə raz-niyaz edərək, özünü dinsizlər və münafiqlərlə döyüşə hazırlayırdı.

O, qadına xitabən buyurdu:–Sən mənə lazımınca yaxşılıq və ehsan etdin, beləliklə də Allah Rəsulunun şəfaətindən bəhrələndin.

Öz yuxusunu ona danışdı.98

TÖVƏNİN OĞLUNUN XƏYANƏTİ

Bilal sübh çağı İbni Ziyadın sarayına, Məhəmməd ibni Əşəsin oğlu Əbdürrəhmanın yanına gedib, Müslümün onların evində olması xəbərini ona çatdırdı. Bunu eşidən Əbdürrəhman dərhal atasının yanına gedib, hadisəni ona danışdı. İbni Ziyad bu söhbəti eşitdikdən sonra Bilalı çağırıb boynuna qızıldan bir boyunbağı asdı. Öz adamlarından yetmiş nəfərlə birlikdə Məhəmməd ibni Əşəsi Həzrət Müslümü tutmaq üçün göndərdi.

Həzrət Müslüm atların ayaq səslərini və camaatın hay-küyünü eşidən kimi başa düşdü ki, onu tutmaq üçün gəlmişlər. Bu fəryad və hay-küylər mübarizənin başlanmasından xəbər verirdi. O, ayağa qalxıb düşmənə sarı irəlilədi99.

Zirehli paltar geymiş, əllərində iti qılınc olan yetmiş nəfər kiçik bir daxmaya bir nəfərin üstünə hücüm etdilər. Az qalırdı ki, evin divarlarını onun üstünə uçurub töksünlər. Lakin Həzrət Müslüm onların çoxluğundan çəkinmədən var qüvvəsi ilə hücumlarını dəf edirdi.

Elə ilk anlarda yetmiş nəfərdən qırxını həlak etdi. Onun döyüş şücaəti barədə bunu demək kifayətdir ki, düşmənlərin kəmərindən tutaraq evin damın üstündən yerə atırdı100.

İffətli və mehriban bir qadın olan Tövə müntəzəm surətdə onu döyüşə təşviq edirdi. Döyüş şiddətləndi, düşmən muzdurlarında ümidsizlik yaranmağa başladı. Məhəmməd ibni Əşəs bir nəfəri ibni Ziyadın yanına göndərib ondan əlavə qüvvə göndərilməsini tələb edirdi, Übeydullah belə cavab göndərdi: Biz səni bir nəfəri tutmaq üçün göndərmişik, o isə təklikdə sizi bu hala salmışdır. Vay olsun sizə, əgər böyük bir ordu ilə qarşılaşsanız necə olar?

Məhəmməd ibni Əşəs xəbər göndərdi ki, Ey əmir, sən güman edirsən ki, məni Kufə tacirləri, ya adi adamlarla qarşılaşmaq üçün göndərmisən? Məgər bilmirsənmi ki, mən Mühəmməd ibni Əbdullahın ailəsindən olan bir qılıncla üzbəüzəm?

Beləliklə, Übeydullah onun köməyinə təzədən 500 nəfər döyüşçü göndərdi. Buna baxmayaraq Həzrət Müslüm yenə də döyüşü davam etdirirdi. Düşmən başını itirmişdi, hər an öldürülənlərin sayı artırdı. Onlar məcburiyyət qarşısında qalıb evin damına qalxaraq yanan taxtalarla mühasirəyə aldılar. Yaralar o Həzrət əldən salmışdı. Buna görə də Məhəmməd ibni Əşəs Həzrət Müslümə təslim olmağı təklif etdi. Lakin Həzrət Müslüm bu təklifi qəbul etmədi. Son nəfəsə kimi döyüşdü. Lakin susuzluq onu taqətdən salırdı...



HƏZRƏT MÜSLÜMÜN TUTULMASI

Susuzluq o Həzrətin döyüş qüdrətini əlindən almışdı. Bu vaxt namərdlərdən biri evin üstündən bir ox atdı. Həzrət Müslüm yerə yıxıldı. Onu tutub ibni Ziyadın sarayına gətirdilər101. Bu vaxt Həzrət Müslümün gözündən yaş axmağa başladı. Əmr ibni Übeydullah güman edirdi ki, o Həzrət canının qorxusundan ağlayır. Dedi:–Hakimiyyətə çatmaq kimi böyük bir arzusu olan şəxs əsir düşsə ağlamamalıdır.

Həzrət Müslüm dedi:–Mən özümə yox, Hüseyn (əleyhis-salam) və onun övladları üçün ağlayıram ki, hal-hazırda Kufəyə tərəf hərəkətdədir.

Qəsrə çatdıqda, Həzrət Müslüm suzuzluğun şiddətindən divara söykənib dayandı. Gözü sərin su ilə dolu olan qaba sataşdı. Su içmək istədiyini bildirdi. Müslüm ibni Əmr Bahili həyasızcasına dedi:–Görürsən kuzənin suyu necə sərindir? Allaha and olsun ki, bu sudan bir damla olsun belə, içə bilməyəcəksən. Sən cəhənnəmin çirkab və yanar suyundan içəcəksən.

Həzrət Müslüm ondan–Sən kimsən!– deyə sual etdi

Dedi:–Mən elə bir kişinin oğluyam ki, sən haqqı inkar etdiyin vaxt o, haqqı qəbul etdi. Sən öz rəhbərindən üz döndərəndə, o öz rəhbərinə qoşuldu, sən üsyankarlıqla məşğul olarkən o, öz rəhbərinin sözünü eşitdi. Mən Müslüm ibni Əmr Bahiliyəm.

Müslüm ibni Əqil bu namərdin üstünə qəzəblənib dedi:–Anan matəmində otursun, sən nə qədər daş ürək və zalım adamsan! Əlbəttə, cəhənnəmin çirkab suyunu içməyə, orada əbədi qalmağa məndən çox sən layiqsən.

Bu söhbəti eşidən Əmr ibni Hüreys narahat olub özünün Səlim adlı qulamına əmr etdi ki, Həzrət Müslümə su gətirsin.

Suyu gətirdilər. Həzrət Müslüm hər dəfə su içmək istəyəndə ağzından axan qan damcıları su qabına düşürdü. Nəhayət, üçüncü dəfə suyu ağzına yaxınlaşdıranda qabaq dişləri qabın içinə töküldü. Həzrət Müslüm əllərini qaldırıb belə dua etdi: Əgər bu su mənim qismətimdə olsaydı, ondan içə bilərdim.


Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin