ÜMMÜ SƏLƏMƏ İMAM HÜSEYN (əleyhis-salam)-IN HÜZURUNDA
İmam (əleyhis-salam) hərəkətə başlamazdan əvvəl, Ümmü-Sələmə (Peyğəmbərin arvadı) onunla görüşüb həzrətə dedi:–Ey Peyğəmbərin nəvəsi, İrağa tərəf yola düşmək barədə qəm-qüssə yemə. Mən sənin cəddin Peyğəmbərdən eşitmişəm ki, buyururdu: Oğlum Hüseyn İraqda, Kərbəla adlı bir yerdə şəhadətə çatacaqdır. Mən şüşədə sənin qətlgahının pak torpağından bir ovuc saxlamışam. Onu Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) mənə vermişdi.
İmam Hüseyn (əleyhis-salam) buyurdu:–Mehriban ana! Mən bilirəm ki, öldürüləcəyəm və düşmənlər zülm ilə başımı bədənimdən ayıracaqlar. Allah istəmişdir ki, mənim ailəmi qovulmuş, uşaqlarımı şəhid, ya əsirlik zəncirlərinə giriftar və zülm zəncirləri ilə dartılıb aparılaraq ondan-bundan pənah istəyib heç bir sığınacaq tapmadığı halda görsün.
Ümmü-Sələmə heyrətlə soruşdu:–Əcəb! Öz ölümünü yəqin etdiyin təqdirdə bəs niyə İraqa yola düşürsən?
İmam (əleyhis-salam) buyurdu:–Anacan! Əgər bu gün getməsəm, sabah getməliyəm; sabah getməsəm, gərək birisi gün gedəm. Ölümdən qaçıb qurtarmaq mümkündürmü?
Allaha and olsun, mən şəhadətə çatdığım günü, dəqiqəni bilir, dəfn olunduğum yeri görürəm və bu məsələ barədə səni tanıdığım qədər agahlığım vardır. Kərbəla diyarına sənə baxdığım kimi baxıram. Ana, istəyirsənmi özümün və dostlarımın yerini sənə göstərim?
Ümmü-Sələmə bunları görmək istədiyini bildirdi, İmam (əleyhis-salam) da özünün və dostlarının məzarını ona göstərdi.107 Sonra öz pak türbətindən bir az götürərək Ümmü-Sələməyə verib buyurdu:–Bunu şüşədə saxla, hər vaxt özünə qan rəngi alıb qızarsa, bil ki, mən şəhadətə çatmışam.
Aşura günü günortadan sonra Ümmü-Sələmə gördü ki, hər iki şüşədəki türbət qana dönmüşdür108.
İMAM HÜSEYN (ƏLEYHİS-SALAM) KUFƏYƏ TƏRƏF HƏRƏKƏT EDİR
İmam (əleyhis-salam) Kufəyə sarı yola düşdü. Səffah mənzilində (yaxud Bəni Amir bostanında) məşhur ərəb şairi Fərəzdəq o Həzrətlə görüşdü. O, özü bu barədə belə deyir: Altmışıncı hicri ilində anamı Həcc üçün Məkkəyə aparmışdım. Hələ karvan yolda ikən İmam Hüseyn (əleyhis-salam)-ı silahlanmış, əllərində qılınc-qalxan, öz dostları ilə Məkkədən çıxan gördüm. Heyrətə gəldim, o Həzrətin hüzuruna gəlib salamdan sonra dedim: Allah işinizi xeyir eləsin, atam-anam sənə fəda olsun, ey Rəsulullahın oğlu! Bu qədər tələsməkdə fikriniz nədir?
İmam (əleyhis-salam) buyurdu: Əgər Allahın əmin-amanlıq hərəmindən təcili olaraq çıxmasaydım, ələ keçəcəkdim. (Sonra buyurdu:) Fərəzdəq, Kufə əhli barədə nə bilirsən? Dedim:–Hal-hazırda onların qəlbləri sizinlə,qılıncları isə əleyhinizədir. Allahın hökmü və qəza-qədəri həmişə cərəyan edir, Allah nə istəsə onu da edər.
Həzrət buyurdu:–Düz deyirsən, hər şey Allahın əlindədir. Allah hər zaman, hər bir yerdə vardır. Allaha verdiyi nemətlərə görə sitayiş edirik və Ondan nemətlərin şükrünü yerinə yetirmək üçün kömək istəyirik. Onun hökmü bizim ümidimizə uyğun şəkildə cərəyan etsə də, etməsə də, əksinə olsa belə, yenə də bizim məqsədimiz haqqa itaət etməkdir. Bizim məqsəd təqva əsasında qurulduğu üçün həqiqət sərhədlərindən yayınmırıq. Mən İmama (əleyhis-salam) dedim:–Bəli, belədir, İnşallah, Allah sizi öz istədiyinizə çatdırsın, uzaq gəzdiyiniz şeylərdən hifz etsin.
Sonra Həcc əməlləri barəsində bir neçə sual verdim, cavabını verdikdən sonra karvan öz yoluna davam etdi.
İMAM HÜSEYN (ƏLEYHİS-SALAM)-IN KUFƏLİLƏRƏ YAZDIĞI MƏKTUB
İmam Hüseyn (əleyhis-salam) Hacər adlı bir yerə çatdığı zaman (ora Zatür-rimmənin bir hissəsidir) oradan Kufə əhalisinə və onların tanınmış şəxsiyyətlərindən sayılan Süleyman ibni Sürəd Xüzai, Müseyyib ibni Nəcbə, Rəfaət ibni Şəddada məktub yazıb Qeys ibni Müshir Seydavinin vasitəsi ilə Kufəyə göndərdi. (Əlbəttə, hələ Həzrət Müslümün şəhadət xəbəri ona çatmamışdı), məktubun məzmunu belə idi:
Bismillahir-Rəhmanir-Rəhim.
(Bu məktub) Hüseyn ibni Əlidən mömin və müsəlman qardaşlara(dır) Salam olsun sizə. Mən sizin barənizdə misilsiz Allahın dərgahına həmd-səna edirəm. Müslüm ibni Əqilin məktubunu aldım. O məktubda sizin bizə kömək etmək, bizim haqqımızı qaytarmaq yolunda birlik və vəhdətinizin müqdəsini oxudum. Tək Allahdan diləyirəm ki, öz ehsanını bizə tamamlasın və sizə bu gözəl işlər xatirinə böyük əcr versin. Mən zilhiccənin 8-də çərşənbə axşamı Məkkədən çıxdım. İndi mənim nümayəndəm sizin yanınıza çatan kimi kəmərlərinizi bərkidib, hazırlaşın. Mən, inşallah, yaxın günlərdə sizlərə qoşulacağam. Allahın salam və rəhməti sizə olsun.
Qeys məktubu alıb təcili olaraq Kufəyə yola düşdü. Digər tərəfdən də İbni Ziyad İmam Hüseyn (əleyhis-salam)-ın Məkkədən çıxmasından xəbər tutduğu üçün ordusunun baş sərkərdəsi Hüseyn ibni Nümeyri İmam (əleyhis-salam)-ın karvanı ilə qarşılaşmaq üçün göndərdi. O, öz böyük ordusu ilə Qadisiyyəyə gəlirdi ki, Qadisiyyəni, Həffanı, Qatəqtanəni, Lolonu nəzarət altına alsın. Qeys Qadisiyyəyə çatanda Hüseyn ibni Nümeyr onu tutub yoxlanmasını, əmr etdi. Qeys də dərhal məktubu çıxartdı və cırıb yerə tökdü. Hüseyn də onu Übeydullahın yanına göndərdi. Übeydullah ondan soruşdu:–Sən kimsən?
Qeys:–Mən Əmirəl-möminin Əliyyibni Əbitalibin və onun oğlu Hüseyn ibni Əlinin şiələrindənəm.
Übeydullah:–Nə üçün məktubu cırdın?
Qeys:–Cırdım ki, sən onun məzmunundan agah olmayasan.
Übeydullah:–Məktubu kim və kimə yazmışdı?
Qeys dedi:–Bu məktubu Həzrət İmam Hüseyn (əleyhis-salam) Kufə camaatının bir qrupuna yazmışdı. Mən də onların adlarını bilmirəm.
İbni Ziyad qəzəblə onu hədələyib dedi:–Allaha and olsun, onların adlarını mənə deməmiş, yaxud minbərə çıxıb Hüseyn ibni Əlini və ata-anasını aşkar şəkildə söyməyincə əlimdən qurtarmayacaqsan. Bu işi görməsən səni tikə-tikə doğrayacağam.
Qeys dedi:–Onların adı barəsində bir şey gözləmə, amma, ikinci işə hazıram.
Qeys minbərə çıxdı, Qadir və Mütəal Allahın dərgahına həmd-səna etdikdən, Peyğəmbərə salavat göndərəndən sonra haqq İmamı-Həzrət Hüseyn ibni Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam) onun anasını və qardaşını ehtiramla yad etdi; Übeydullahı, onun anasını və bütün Əməvi cəlladlarını lənətlədi.
Qeys dedi:–Ey camaat, Bu Hüseyn ibni Əli–Allahın yaratdıqlarının ən üstünü, Rəsulullahın (səlləllahu əleyhi və alihi və səlləm) qızının oğludur. Mən də onun nümayəndəsiyəm. O, hal-hazırda Hacər məntəqəsində mənzil salmışdır. Siz ona qoşulun, çağırışına ləbbeyk deyin.
Aldandığını görən İbni Ziyadın qaniçənlik xisləti cuşa gəldi, dərhal əmr etdi ki, Qeysi qəsrin üstündən aşağı tullasınlar«
Bəli, qəhrəman Qeys haqq rəhbəri İmam Hüseyn (əleyhis-salam)-ın tərəfdarı olmaq günahı ilə canilərin əli ilə şəhadətə yetişdi. Onun şəhadət xəbəri İmam Hüseynə(əleyhis-salam) çatanda:
≈ÓÊÒ«†‰‰ÒÁ†ËÓ†≈ÊÒ«†≈Ó‰ÓÍÚÁ†—«ÃŸÔËÊÓ
dedi. Göz yaşını saxlaya bilmədi, sonra bu ayəni oxudu:
Onlardan biz qismi öz əhdlərinə vəfa etdilər, bəziləri də öz əhdlərinə vəfa etmək intizarındadırlar. Və heç vaxt öz əhdlərini dəyişməyi rəva görməzlər109
Sonra buyurdu:–Allah behişti ona nəsib etsin; İlahi, özün bizə və şiələrimizə yüksək məqam ver, bizi onlarla birlikdə öz rəhmət dərgahında bir yerdə qərar ver! Öz bol mükafatlarını bizə nazil et, Sən hər şeyə qadirsən.
Übeydullah var-qüvvəsi ilə yolları bağlamışdı. Kufəni Şam, İran, Bəsrə ilə əlaqələndirən yolları bərkitdi. Belə ki, heç kəs Kufədən çıxmağa, yaxud ora gəlməyə cürət etmirdi. Buna görə də İmam (əleyhis-salam)-a Kufənin daxilində baş verən hadisələrdən heç bir xəbər yetişmirdi.
Həzrət məntəqələrdən bir-birinin ardınca ötürdü. Bir məntəqədə bədəvi ərəblərlə rastlaşdı, onlardan bəzi şeylər haqqında xəbər alırdı. Onlar cavab verdilər ki, biz heç nə bilmirik, yalnız bunu bilirik ki, yollar bağlanıb, gediş-gəliş qeyri-mümkündür.
İmam (əleyhis-salam) bu xəbəri eşidəndən sonra öz yoluna davam etdi. Bu hadisədən sonra o Həzrət Züheyr ibni Qinlə rastlaşdı, onu özünə qoşulmağa dəvət etdi. Nəticədə, Züheyr İmam Hüseyn (əleyhis-salam)-ın qoşununa qoşuldu. Karvan yenə də hərəkət edib Xüzəymiyyə adlı yerə çatdı. Orada bir gecə-gündüz qalıb yenidən hərəkət edərək Sələbiyyəyə qədər yol gedib orada mənzil saldılar. Gecə ötüb keçdi, sübh çağı kufəlilərdən Əbu Həyyərə Əzdi adlı birisi İmam (əleyhis-salam)-ın hüzuruna gəlib soruşdu:–Ey Rəsulullahın oğlu, siz hansı səbəbə görə Allahın əmin-amanlıq hərəmini (Kəbəni) və cəddiniz Rəsulullahın hərəmini tərk etdiniz?
İmam (əleyhis-salam) cavabında belə buyurdu:–Ey Əbu Həyyərə! Bəni-Üməyyə malımızı çapıb-talan etdikdə səbr etdim; heysiyyətimə toxundular, səbr etdim. İndi də istəyirdilər qanımı axıtsınlar, qaçıb gəldim. Allaha and olsun, məni zülmkarlar öldürəcəklər. Allah da onlara xarlıq, zillət paltarı geyindirəcək. İti qılıncları onlara hakim edəcək. Elə bir adamı hakim edəcək ki, onları Səba Tayfasından da zəlil edəcək. (Səba Tayfasına bir arvad hökmranlıq edirdi, onların mal-dövlətlərinə, qanlarına fərman verirdi.)
Dostları ilə paylaş: |