Qum, seyyid məHƏMMƏDHƏSƏn musəVİ kaşANİ


İMAM HÜSEYN (əleyhis-salam)-ın KUFƏLİLƏRƏ XİTABI



Yüklə 2,38 Mb.
səhifə39/47
tarix21.10.2017
ölçüsü2,38 Mb.
#8814
1   ...   35   36   37   38   39   40   41   42   ...   47

İMAM HÜSEYN (əleyhis-salam)-ın KUFƏLİLƏRƏ XİTABI

İmam Hüseyn (əleyhis-salam) bir daha öz atına mindi, Kufə ordusuna doğru hərəkət edib onlara dedi ki, bir neçə anlığa sakit olsunlar. Kufəlilər səs-küy, qarma-qarışıqlıq salaraq o Həzrətin danışmasına imkan vermədilər. İş o yerə çatdı ki, İmam (əleyhis-salam) onlara qarşı qəzəblənib dedi:–Vay olsun sizə! Sizə nə olub ki, mənim sözlərimə qulaq asmaq istəmirsiniz? Mən sizi aydın hidayət yoluna çağırıram, hər kəs mənə itaət etsə, düz yolu tapar; hər kim də mənə qarşı üsyana qalxsa, fəlakətə düçar olacaq. Və siz, ey camaat! Hamınız üsyankarsınız, haqq sözü eşitməkdən acığınız gəlir. Ürəkləriniz haramla dolmuş, qəlbləriniz möhürlənmişdir. Vay olsun sizə, niyə sakit olmursunsuz? Niyə sözlərimə qulaq asmırsınız?

Tülkü sifət kufəlilər azacıq özlərinə gəldilər, bir-birini danlayıb sakit oldular, İmam (əleyhis-salam)-ın sözlərinə qulaq asmağa başladılar. İmam (əleyhis-salam) əvvəlcə Allaha həmd-səna etdikdən Həzrət Peyğəmbərə, mələklərə və sair peyğəmbərlərə salam göndərdikdən sonra buyurdu:–Həlak olasınız, ey camaat! Bu kişilikdəndir ki, bizi özünüzə tərəf çağırıb bizdən kömək istədiniz, biz də sizin dəvəti qəbul edib özümüzü təcili olaraq sizə çatdırdıq, indi isə üzümüzə qılınc çəkib od yandırmısınız? Halbuki, bu odu biz özümüzün və sizin düşmənlərinizə qarşı hazırlamışdıq. Bu gün siz öz dostlarınıza qarşı kin bəsləyir, düşmənlərinizlə əlbir olmusunuz. Halbuki, onlar sizin aranızda ədaləti bərqərar etməmiş, dünya malından tamah gözü dikdiyiniz dəyərsiz həyatdan başqa bir şeyə ümid bağlamamısınız. Halbuki, bizim üçün nə bir hadisə baş vermiş, nə zəifliyə, nə də süstlüyə düçar olmuşuq. Vay olsun sizə ki, bizə kömək etməkdən əl çəkdiniz, bizə kömək etməyi xoşlamadınız, halbuki qılınclar qınında, qəlblər aram, düşüncələr möhkəm və qüvvətli idi. Amma siz fitnə odunu şölələndirib, çəyirtkələrin, kəpənəklərin o yana bu yana uçması kimi ona doğru tələsdiniz. Allahın rəhmətindən uzaq olasınız, ey ümmətin düşmənləri, ey cəmiyyəti tərk edənlər, ey Quranı özlərindən uzaqlaşdıranlar, ey şeytanın vəsvəsələrinə uyanlar, ey günahkarlar, ey Peyğəmbər sünnəsinin nurunu söndürənlər, ey Peyğəmbərin övladlarının qatilləri, ey ilahi xilafət ailəsini məhv edənlər, ey zinakarların dəstəsinə qoşulanlar, ey möminlərə əziyyət verənlər, ey Quranı parça-parça edib ayaq altına salanlar, zalım hökmdarlara kömək edənlər! Necə də pis bir qədəm götürmüsünüz, necə də şiddətli əzab sizin intizarınızdadır! Doğrudan da zalımlarla əlbir olmaqdan, bizə kömək etməkdən əl çəkməyinizdən həya etmirsiniz? Bəli, Allaha and olsun ki, sizdə hiyləgərlik qədimdən vardır. Vücudunuzun kökləri hiylə ilə qarışmış, onun çirkin paltarı sizin əməllərinizin, rəftarlarınızın əndamına geydirilmişdir, qəlbləriniz onunla üns bağlamış, sinələriniz onunla doldurulmuşdur. Bəli, siz tamaşaçılar üçün ən pis meyvə, qəsbkar üçün ən dəyərsiz bir tikəsiniz. Allahın lənəti ilahi əhdi bağladıqdan sonra pozub ayaq altına salanlara olsun. Siz özünüz Allahı öz işinizə ixtiyar sahibi seçdiniz, əhd bağladınız, amma onu pozdunuz. Siz elə əhd-peymanı pozanlarsınız. Ey camaat, agah olun ki, zinakar oğlu zinakar (Yezid) məni iki işin arasında qoymuşdur: ya qılınclarla doğranmaq, ya da xarlığı, zillətti qəbul etmək. Zillət bizdən uzaqdır. Allah, Onun Peyğəmbəri və möminlər bizi zilləti qəbul etməkdən çəkindirmişlər. Çünki bizim nəslimiz pak-pakizə, qəlblərimiz mənəvi inkişafdadır. Heç vaxt alçaq, yaramaz və murdar adamlara tabe olmağı mərd-mərdanə şəhid olmaqdan üstün saymırıq. İlahi, mən höccəti tamam etdim, bunları pis aqibətdən çəkindirdim və indi öz azsaylı dostlarımla bu saysız düşmən qarşısında dayanıb vuruşacağam.

Bu vaxt İmam (əleyhis-salam) Fərvət ibni Müsəyk Muradinin şerindən bir neçə beyt oxudu: Əgər qələbə qazansaq, elə qədimdən belə olmuşdur və əgər məğlub olsaq, yenə də qələbə bizimkidir. Qorxu, zəlalət və alçaqlıq bizim adətimiz deyildir, lakin alnımızda yazılıb ki, şəhadətə çataq və başqaları bizdən sonra hökumətə çatsınlar. Əcəl mənim tayfamın böyüklərini qətlə yetirdi, necə ki, əvvəlkilərlə də belə etmişdi. Bəli, əgər padşahlar əbədi olaraq dünyada qalsaydılar, biz də ölümdən xilas olardıq; və əgər böyük insanlar əbədi olsaydılar, biz də əbədi olaraq dünyada qalardıq. Belə isə sarsaq danışanlara de: Ayıq olun ki, siz də bizim ona tərəf tələsdiyimizlə görüşəcəksiniz.

Sonra İmam (əleyhis-salam) sözünə belə davam etdi: Allaha and olsun, siz (məni öldürəndən sonra) çox yaşamayacaqsınız, bir piyadanın ata minməsi müddətindən çox öz arzunuza çatmayacaqsınız və bunun ardınca zəmanənin çarxı tərsinə fırlanacaq, dəyirman daşının oxu kimi əbədi olaraq nigaranlıq və iztirabda qalacaqsınız. Belə isə öz fikirlərinizi bir yerə yığıb bir-birinizlə məşvərət edin ki, bu iş sizə gizli qalmasın. Sonra isə məni öldürün və bir an da olsa, möhlət verməyin. Mən öz Allahıma, sizin Allahınıza ümid bağlamışam və bilirəm ki, hər şey Onun qüdrəti dairəsindədir. Mehriban Allahın istəyi düzgün, ədalətli yolda möhkəm qərar tutmuşdur.

İmam (əleyhis-salam)-ın sözləri sona çatdı, Kufə qoşunu Rəsulullahın nəvəsinin son kəlamlarını –daş qəlbləri əridib suya döndərən sözləri eşitdilər, amma bu sözlər kufəlilərin qəsavət bağlamış qəlblərində əsla təsir buraxmadı.



ZÜHEYR KUFƏLİLƏRİN QARŞISINDA

Bundan sonra Züheyr ibni Qin uzunquyruq bir ata minib başdan-ayağa yaraqlanmış halda düşmən qoşununa tərəf getdi, onlara nəsihət verdi. Amma kufəlilər ona nalayiq sözlər deməyə, Übeydullahı tərifləməyə başladılar.

Züheyr dedi:–Ey Allahın bəndələri! Şəksiz Fatimənin övladları dosta arxa olmaq üçün Süməyyənin oğlundan daha ləyaqətlidirlər. İndi əgər siz ona kömək etməsəniz də, pak və Allahısevər insanları öldürməkdən Allaha pənah aparın.

Şimr dərhal ona tərəf bir ox atdı. Nalayiq sözlər danışaraq dedi:–Bir neçə dəqiqədən sonra sən də, rəhbərin də qüdrətli Allahın əli ilə öldürüləcəksiniz.

Züheyr dedi:–Məni ölümlə qorxudursanmı? Allaha and olsun ki, ölüm sizinlə yanaşı yaşamaqdan qat-qat üstündür.

Bu vaxt İmam (əleyhis-salam) Züheyri səslədi. O da əmrə tabe olaraq xeymələrə tərəf qayıtdı.




Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin