HÜRRÜN TÖVBƏSİ
Hürr bu mübahisəni müşahidə edib Hürr dərk etmişdi ki, bu qoşun İmam Hüseyn (əleyhis-salam)-ı öldürmək barədə qəti qərara gəlmişdir. Buna görə də Ömər Sədlə danışıqdan sonra döyüş meydanından uzaqlaşdı, yavaş-yavaş İmam (əleyhis-salam)-ın xeymələrinə doğru hərəkət etdi. Mühacir onu görüb elə bildi ki, o, Həzrətin qoşununa hücum etmək istəyir, ondan soruşdu:–Hücum etmək istəyirsənmi? Lakin cavab eşitmədi, yalnız görürdü ki, Hürrün bədəni lərzəyə düşmüşdür, dedi:–Mən sənin işindən təəccüb edirəm, sənin barəndə şəkkə düşmüşəm. Allaha and olsun, indiyə kimi səni heç vaxt bu halda görməmişdim. Məndən Kufənin ən şücaətli pəhləvanı barədə soruşsaydılar, yalnız sənin adını deyərdim. Bu nə haldır?
Hürr dedi:–Mən elə bu andan etibarən behiştlə cəhənnəmin arasındayam, amma Allaha and olsun ki, hətta məni tikə-tikə doğrayıb odda yandırsalar belə, heç nəyi behiştdən üstün tutmayacağam. Bunu deyib atını çapdı; əllərini başına qoyan halda İmam Hüseyn (əleyhis-salam)-a tərəf getdi. Gözlərindən yaş axırdı. Öz-özünə İlahi, Sənə tərəf qayıdıram, ümidvaram ki, tövbəmi qəbul edəsən. İlahi, mən sənin dostlarının və peyğəmbərinin övladlarının qəlblərini qorxuya salmışam. Bu böyük günahımı bağışla deyə zümzümə edirdi.
Elə ki, gəlib İmam (əleyhis-salam)-ın hüzuruna çatdı, dedi:–Mən həmin şəxsəm ki, sizin Mədinəyə qayıtmağınıza mane oldum, yolunuzu bağladım və sizi çöl-biyabanlarda dolandırdıb, bu diyara gətirdim. Mən heç də təsəvvür etmirdim ki, bu qövm sizə qarşı belə rəftar etsin, sizin təklifinizi rədd edərək sizə qarşı hörmətsizlik etsinlər. Allaha and olsun, əgər bilsəydim ki, onlar işi bu mərhələyə gətirib çıxaracaqlar, heç vaxt bu tədbirə əl atmazdım. İndi isə öz əməlimdən peşman olmuşam; Allahın dərgahına tövbə edirəm, sizin yolunuzda canımdan keçməyə, gözünüzün önündə şəhadət feyzinə çatmağa hazıram. Görəsən mənim tövbəm qəbul olunacaqmı?
İmam Hüseyn (əleyhis-salam) buyurdu:–Bəli, mehriban Allah tövbələri qəbul edəndir, atdan düş.
Hürr dedi:–Əgər mən sizin yolunuzda at üstündə vuruşsam, piyada vuruşmaqdan daha yaxşıdır, baxmayaraq ki axırda işim atdan enməklə nəticələnəcək.
İmam Hüseyn (əleyhis-salam) buyurdu:–Necə istəyirsənsə, o cür də et. Allah öz rəhmətini sənə göndərsin.
Hürr o Həzrətin gözləri önündə üzünü kufəlilərə tutdu, onlara nəsihət edib danladı. Kufənin namərdləri onun sözlərini eşitməyə tab gətirmədilər, ona ox atdılar. Hürr İmam (əleyhis-salam)-ın yanına qayıtdı.
DÖYÜŞ BAŞLANIR
Döyüş Ömər Sədin hazır ol! əmri ilə başlandı. Əvvəlcə ordunun bayrağı qaldırıldı. Sonra Ömər Sədin özü kamana bir ox qoydu, İmam (əleyhis-salam)-ın qoşununa tərəf atıb qışqırdı: Ey qoşun, əmirin yanında şahid olun ki, ilk oxu mən atdım.
Bundan sonra oxlar dalbadal İmam (əleyhis-salam) və onun köməkçilərinə tərəf yağdırılmağa başladı. Atılan oxlar yağışa bənzəyirdi.
İmam Hüseyn (əleyhis-salam) sakit bir nida verdi, dostlarını düşmənlə qarşılaşmağa səslədi:–Qalxın ayağa, Allah sizə rəhmət etsin. Ölümə, can qurtarmağa heç bir yolu olmayan bir ölümə doğru irəliləyin! Bu oxlar düşmənin sizi döyüşə çağırmaq üçün göndərdiyi peyğamlardır.
Şəhadət aşiqləri, Allahın görüşünə vurğun olanlar şiddətli döyüşə girişdilər. Döyüş bir müddət davam etdi. Bir-birinin ardınca həmlələr baş verirdi. Hər dəfə bir şəhidin pak cəsədi yerə düşürdü. Nəhayət, döyüş alovu sakitləşdi, Quran məktəbinin aşiqlərindən çoxu şəhadət şərbətini içib, əbədi həyata qovuşdular.
ƏLİ ƏKBƏR (əleyhis-salam) MEYDANA GEDİR
Bəni Haşim tayfasından döyüş üçün icazə alan ilk şəxs İmam Hüseyn (əleyhis-salam)-ın oğlu cənab Əli Əkbər idi. İmam Hüseyn (əleyhis-salam) ona döyüş icazəsi verdi. Əziz oğlunu meydana yola saldı. Bu əziz şəhidə Əli Əkbər (ən böyük Əli) ləqəbi verilmişdi, çünki onun yaşı İmam Səccad (əleyhis-salam)-dan çox idi. Bunu İmam Zeynül Abidin (əleyhis-salam)-ın özü buyurmuşdur: İbni Ziyad o Həzrətə məgər Allah Əlini (Kərbəla hadisəsində) öldürmədi? deyəndə, İmam Səccad (əleyhis-salam) buyurdu: Mənim özümdən böyük bir qardaşım var idi, siz onu öldürdünüz. İbni Ziyad dedi: Yox, onu Allah öldürdü. İmam Səccad (əleyhis-salam) buyurdu:
Allah, ölüm vaxtı gəlib çatanda canları alar. (Zümər surəsi, 42)
øMəlumdur ki, bu mübahisə, Əhli-beyt və İsmət hərəminin qadınlarını darül-imarəyə gətirdikdən sonra baş vermişdi.π
Bəli, İmam Hüseyn (əleyhis-salam) görürdü ki, əziz oğlu meydana yola düşür, əcəl isə başı üstündə dolanır. Belə olan halda gözlərindən qan-yaş axıtmaqdan başqa bir çıxış yolu görmədi. (Rəvayətdə deyildiyi kimi, gözləri yaşla doldu) İmam Hüseyn (əleyhis-salam) əllərini göyə qaldırıb dedi:
İlahi, şahid ol ki, camaat arasında xilqət, əxlaq və danışıq cəhətindən Sənin Rəsulun Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-ə ən çox oxşayan bir şəxs onlara (düşmənlərə) tərəf gedir. Hər vaxt Sənin Rəsulun yadımıza düşəndə, ona baxardıq. İlahi, yerin bərəkətini onlaradan al, onların arasındakı birliyi təfriqəyə, ittifaqlarını pərakəndəliyə döndər. Onları müxtəlif yollara sal, heç vaxt əmirləri onlardan razı salma, çünki onlar bizi kömək etmək üçün dəvət etmiş, indi isə bizə qarşı çıxıb bizimlə vuruşurlar. øSonra isə Ali İmran surəsinin 33-34-cü ayələrini tilavət etdi:π Həqiqətən Allah Adəmi, Nuhu, İbrahim və İmran övladlarını aləmlərə seçdi. (Bunlar) bir zürriyyədirlər ki, bir-birindən törənmişlər. Allah çox eşidən və biləndir.
Əli Əkbər at üstündə meydana atıldı. O, meydana girəndə düşmənlər fikirlərinə belə gətirə bilməzdilər ki, qəlblərinə sancılacaq ölüm caynağı, yaxud varlıqlarını məhv edən bir ildırımdır ki, qılıncından od tökülür. O, hamını öz şücaəti ilə heyran qoymuşdu. Bəziləri qorxusundan yerində donub qalmışdı. Allahu Əkbər, təbarəkəllah təkbirləri göyə ucalır, hər tərəfə həmlə edəndə düşmən qaçmağa üz qoyur, onunla qarşılaşmağa cürət etmirdilər. Sağ cinaha hücum edəndə ordakıları sol tərəfə qovur, sonra qoşunun mərkəzinə irəliləyirdi. Beləliklə düşmən qoşunlarından 120 nəfəri öz qanına qəltan etdi. Əfsus ki aldığı çoxlu zərbələr, axan qanlar və suzuzluq döyüşü davam etdirmək üçün onda güc və taqət qoymamışdı. Son nəfəsdə öz atasının mübarək camalından bir az mənəvi azuqə götürüb Müqəddəs Dərgaha pərvaz etmək istəyirdi, odur ki, gileylənib bədəninə dəymiş ox-qılınc yaralarından, bu yaraların yaratdığı susuzluqdan şikayət etdi, dedi:
Susuzluq məni öldürür, zirehin ağırlığı taqətimi kəsir. Görəsən bir qurtum su varmı ki, onu içib qüvvət tapım və düşmənə həmlə edim?!
İmam Hüseyn (əleyhis-salam) ona bir müqdə verib sakitləşdirdi: Sən ilahi rəhmətin sonsuz dəryasına daxil olmaq ərəfəsindəsən, onun gəmiçisi də cəddin Rəsulullahdır, səni öz saf canı ilə sirab edəcək ki, bir daha susamayacaqsan.
Bunu deyib öz barmağını onun ağzına qoydu. Əli Əkbər yenidən meydana atıldı. Bütün vücudu sadiqanə nur və sevinclə dolmuşdu. Qılıncı ölum quşu kimi düşmən başına enirdi. Nəhayət öldürdüyü kafirlərin sayı 200 nəfərə çatdı. İntizar sona çatır, ağ şəhadət göyərçini mübarək başı üstündə pərvaza başlamışdı. Mərrət ibni Mənqəz Əbdi onun başını qılınca hədəf edərək arxadan da kürəyini nizə ilə parçaladı. Əli Əkbər qanına qəltan olmuş halda atın boynundan asılı qaldı. At onu düşmən qoşununun içinə apardı. Allah düşmənlər onun pak bədənini tikə-tikə doğradılar. Son nəfəsdə öz İmamı ilə vidalaşmağı unutmadı, düşmənin ağır zərbələri altında atasını çağırdı, onun verdiyi vədənin həqiqətə çevrildiyini söylədi:
Bu mənim cəddimdir ki, sizə salam göndərir; o, şərbət badəsi ilə mənə elə bir şərbət içirtdi ki, bir daha susuzmaram. O (cəddim) buyurdu: Sizin üçün də bir cam hazırdır Bu sözü eşidən İmam Hüseyn (əleyhis-salam) şahin kimi oğlunun üstünə gəldi: Peyğəmbər ailəsinin ümidini torpağa düşmüş, qan içində qərq olmuş halda gördü. Atalıq məhəbbəti cuşa gəldi, özünü oğlunun tikə-tikə doğranmış bədəninin üstünə saldı, üzünü onun üzünə qoydu «Həyatının son anları idi, vidalaşmaq üçün fürsət qalmamışdı. İmam Hüseyn (əleyhis-salam) buyurdu:
Bu dünyanın başına səndən sonra kül olsun! Onları mehriban Allaha Rəsulullahın hörmətini pozmaqda hansı şey cürətləndirmişdir?
Sənin atan, əmin və cəddinə çox ağırdır ki onları çağırasan, onlar da sənə cavab verməyələr, köməyə çağırasan, fəryadına yetişməyələr.
Əli Əkbərin şəhadətindən sonra İmam Hüseyn (əleyhis-salam) Ömər Sədin üstünə nərə çəkib buyurdu:
Allah nəslini kəssin, necə ki mənim nəslimi kəsdin, mənim Rəsulullah ilə olan qohumluğuma baxmadın. Allah səndə bərəkət qoymasın, səni elə bir adamın əlinə salsın ki, o sənin başını yatağında kəssin!122
Sonra İmam Hüseyn (əleyhis-salam) ürəyinin parəsinin–Əli Əkbərin tikə-tikə doğranmış bədənini xeymələrə aparmaq üçün taqəti kəsildi, Bəni-haşim cavanlarını çağırdı ki, onu şəhidlərin xeyməgahına aparsınlar.
Dostları ilə paylaş: |