Qum, seyyid məHƏMMƏDHƏSƏn musəVİ kaşANİ


ŞƏHİDLƏRİ İMAM SƏCCAD (əleyhis-salam) DƏFN EDİR



Yüklə 2,38 Mb.
səhifə43/47
tarix21.10.2017
ölçüsü2,38 Mb.
#8814
1   ...   39   40   41   42   43   44   45   46   47

ŞƏHİDLƏRİ İMAM SƏCCAD (əleyhis-salam) DƏFN EDİR


Məhərrəm ayının 13-də Həzrət Səccad (əleyhis-salam) şəhid olmuş atasını dəfn etmək üçün Kərbəlaya tələsdi. Buna görə ki, hər İmamın qüsl və kəfənini İmamdan başqası öhdəsinə ala bilməz.

Bu sözümüzün şahidi İmam Riza (əleyhis-salam)-ın Əliyyibni Əli Həmzə Bətainini söhbətidir. İmam Riza (əleyhis-salam) ona dedi:–De görüm Hüseyn ibni Əli İmam idimi?

Həmzə:–Bəli.

İmam Riza (əleyhis-salam) buyurdu:–O şəhid olandan sonra (onun qüslü, kəfəni, dəfni) kimin öhdəsinə idi?

Həmzə:–Həzrət Səccad (əleyhis-salam)-ın.

İmam Riza (əleyhis-salam):–O vaxt Həzrət Səccad harada idi?

Həmzə:–İbni Ziyadın zindanında idi, amma o xəbər tutmadan oradan çıxdı, gedib atasını dəfn etdikdən sonra yenidiən ziyndana qayıtdı.

İmam Riza (əleyhis-salam) soruşdu:–Əliyyibni Hüseynin Kərbəlaya gəlməsinə, atasını dəfn edib yenidən qayıtmasına qüdrət verən øAllahπ bu zamanın da İmamına qüdrət verər ki, Bağdada gedib atasının (İmam Museyi Kazimin) dəfn işini yerinə yetirə. Halbuki o (zamanın İmamı) nə həbsdə, nə də əsirlikdə deyildi.132

İmam Səccad (əleyhis-salam) Kərbəlaya çatdıqda Bəni Əsəd qəbiləsinin sərgərdan, bədənlərdə baş olmadığı üçün, donub qaldıqlarının şahidi oldu.

Həzrət Səccad (əleyhis-salam) şəhidləri adbaad tanıtdırdı. Ah-nalə, ağlaşma səsləri ucaldı. Bəni Əsəd qəbiləsinin arvadları saçlarını yolaraq sinələrinə döyürdülər. Sonra Həzrət o məzlum atasının pak cənazəsinə tərəf gedib onu bağrına basdı və hönkür-hönkür ağlamağa başladı. Cənazəni qəbir qazılacaq yerə gətirdi. Bir az torpaq götürdü ki, nagəhan hazır edilmiş bir qəbir açıldı ki, üstündə də üstü açıq zərih görünürdü. Həzrət

»GÚÂ†«‹†ËÓ†·͆GÓ»͉†«‹†ËÓ†ŸÓ»Í†Â‰ÒÓ:†—ÓGÔˉ†«‹†gӜӂӆ«‹Ô†ËÓ†—ÓGÔˉÔÁԆ«†g«¡Ó†«‹Ô††ËÓ†‰«†ÕÓËÚ‰Ó

ËÓ†‰«†‚ÔËÒÓ:Ó†≈‰Ò«†»«‹†«‰ÚŸÓ‰ÍÒ†«‰ÚŸÓÿÍÂ

deyib cənazənni təklikdə qəbrə qoydu. (Bəni Əsəddən heç kim bu işdə İmam Səccada kömək etmirdi) Sonra buyurdu: Yanımda bir kəs (mələk) var ki, mənə kömək edir.

Cənazəni qəbrə qoyandan sonra dodaqlarını atasının kəsilmiş damarlarına yaxınlaşdırıb, buyurdu:



Xoş o yerin halına ki, sənin pak cəsədini ağuşuna alıb. Sənə nədən deyim: Yuxusuz gecələrdənmi? Yoxsa axırı görünməyən qəm-qüssəmdənmi? Məndən sənə salam olsun, ey Rəsulullahın oğlu, Allahın rəhmət və bərəkəti olsun sənə!

O, İmam Hüseyn (əleyhis-salam)-ın qəbri üstündə belə yazdı:



Bu, Hüseyn ibni Əliyyibni Əbitalibin qəbridir. Onu susuz və qərib öldürdülər.

Sonra əmisi Abbas (əleyhis-salam)-a tərəf gedərək onu, vəziyyətindən asimanda mələkləri dəhşətdə bürümüş, behişt hurilərini ağlar etmiş halda gördü. Əyilərək əmisinin boğazının kəsilmiş damarlarını öpüb, dedi:



Ey Qəməri Bəni Haşim, səndən sonra kül olsun bu dünyanın başına! Məndən sənə xalis salam olsun, ey şəhid! Allahın rəhməti olsun sənə!

Sonra Həzrət Abbas (əleyhis-salam) üçün də bir qəbir qazıb buyurdu: Mənim yanımda köməkçilərim var.

O Həzrət bəni Əsəd qəbiləsinə buyurdu ki, iki böyük qəbir qazsınlar: birində Bəni Haşimin, digərində isə səhabələri dəfn etsinlər133.

Hürr şəhadətə yetişdikdən sonra qohumları onu döyüş meydanından çıxararaq indiki qəbri olan yerə gətirmişlər. Yazıblar ki, Hürrün anası döyüş meydanında imiş, görəndə ki düşmənlər şəhidlərin başlarını kəsib bədənlərini tapdalayırlar oğlunu bu yerə gətirmişdi.134



İMAMLAR ALLAH ƏMRİNƏ TABEDİRLƏR

Səffar deyir: Bir gün İmam Baqir (əleyhis-salam)-ın səhabələri onun hüzurunda olduqları vaxt Həzrət buyurdu: Bizim vilayətimizi (rəhbərlik haqqımızı) qəbul edib bizi İmam bilərək bizə itaət etməyi Allaha itaət etmək kimi özlərinə vacib edən, lakin öz əməllərində süstlük, səhlənkarlıq etməklə bizim məqamımızı alçaldan, məqamımızı bilib tanıyanlara, bizim fəzilətimizi bəyan edənlərə irad tutub onlara mübaliğə nisbəti verənlərə təəccüb edirəm. Güman edirsiniz ki, aləmlərin Allahı Öz dostlarına itaət etməyi, tabe olmağı xalqa vacib edib asimanların və yerin xəbərlərini (İmamlardan) gizli saxlayıb baş verəcək hadisələri onlara xəbər verməsin?

Həmran dedi:–Canım sənə fəda olsun, mənə xəbər ver görüm Əliyyibni Əbitalib, Həsən və Hüseyn (əleyhimüs-salam) Allah dini yolunda qiyam etdilər, halbuki, zülm, tüğyan əhli onlara zəfər çaldı. Bu necə olan işdir?

Həzrət Baqir (əleyhis-salam) buyurdu:–Ey Həmran! İlahi elmdə belə yazılmış, qəzavü-qədərdə belə qərar qoyulmuşdu. Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm)-in buyurduğuna görə Bizdən (İmamlardan) xüruc (qiyam) edən və sakit olan şəxs elm və agahlıq üzündən xüruc etmiş, elm və agahlıq üzündən sakit olmuşlar. Ey Həmran, bəla nazil olanda və zülm əhli onlara (İmamlara) qələbə çalanda, əgər onlar Allahdan tüğyançıların səltənətini məhv etməsini istəsəydilər, hökmən qəbul edər və bəlaları onlardan dəf edər, tüğyançıların səltənətini təsbehin ipinin qırılıb dənələrinin bir-birindən ayrılmasından daha tez bir zamanda məhv edərdi. Amma İmamlar (əleyhimüs-salam) təslim olaraq razılıq məqamında idilər və Allahın onlar üçün məsləhət gördüyü işlərdən qeyrisini istəmirdilər. Ey Həmran, onlara üz verən (müsibətlər) günah üzündən deyildi ki, o günahı görmüş olalar, yaxud Allahla müxalifət etməmişdilər ki, onun cəzasına çatmış olaydılar. Lakin bu müsibətlərin səbəbi bu idi: Allah istəyirdi ki, onlar müxtəlif çətinliklər vasitəsi ilə behiştdə yüksək (mənəvi) məqamlara çatsınlar. Ey Həmran, onların barəsində pis fikirləşmə, Aşura günü İmam Hüseyn (əleyhis-salam)-ın dostları, köməkçiləri qılınc və nizə zərbələrindən özlərində heç bir dərd, ağrı hiss etmirdilər. Bu barədə İmam Baqir (əleyhis-salam) buyurdu:



Cəddim Hüseyn (əleyhis-salam)-ın fədakar köməkçiləri düşmənin qılınc və nizə zərbələri altında ağrı hiss etmirdilər.

ƏHLİ-BEYT KUFƏYƏ DAXİL OLUR

61-ci ilin məhərrəm ayının 11-ci günü, İbni Səd öz ölülərinin cəsədlərini kəfənə bükdü, onlara meyit namazı qılıb hamısını bir yerdə basdırdı. Lakin şəhidlərin parça-parça olmuş bədənlərini gün altında qoyaraq öz qoşunla birlikdə Kufəyə sarı yollandı. Kufə darvazasına çatanda, İbni Ziyadın tərəfindən göndərilən qasid ona dedi:–Bu gün əsirləri şəhərdən kənarda saxla!

Übeydullahın bu işdən məqsədi bu idi ki, əsirlərin şəhərə girməsi üçün lazım olan şəraiti tənzim etsin. Məhərrəmin 12-də Əhli-beyt əsirləri Kufəyə gətirildi, əsirlərin qabağında 72 kəsik baş nizələrə vurulmuş halda aparılırdı.

Şimr ibni Zilcövşən sevinc, şadlıq bürümüş halda hamıdan qabaq atını çapır, öz ətrafındakılara əmr edirdi ki, camaatı nəzarət altında saxlasınlar. Arvad-kişi, böyük-kiçik hamı əsirlərə tamaşa etmək üçün yol ətrafında durmuşdular.

Əsirlər şəhərə daxil olanda camaat nizələrdə İmam Hüseyn (əleyhis-salam)-ın, Həbib ibni Məzahirin, Müslüm ibni Ovsəcənin başlarını görüb tanıdılar. Sonra Əhli-beyt arvad-uşaqlarını, Həzrət Zeynəbi, Ümmü-Gülsümü gördülər. Camaatın gözündən həsrət və peşmançılıq yaşı axırdı.

Tamaşaçılardan bəziləri deyirdilər:–Lənət olsun sizə, ey alçaq yırtıcılar! Rəsulullahın ciyərinin parəsini dəvət etdiniz, sonra öldürdünüz, arvad-uşağını Roma əsirləri kimi özünüzlə gətirdiniz.

«Ağlaşma səsi hər tərəfi bürümüşdü.


Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin