Qum, seyyid məHƏMMƏDHƏSƏn musəVİ kaşANİ


İMAM SƏCCAD (əleyhis-salam)-IN XÜTBƏSİ



Yüklə 2,38 Mb.
səhifə45/47
tarix21.10.2017
ölçüsü2,38 Mb.
#8814
1   ...   39   40   41   42   43   44   45   46   47

İMAM SƏCCAD (əleyhis-salam)-IN XÜTBƏSİ


Sonra İmam Zeynül Abidin (əleyhis-salam) camaata buyurdu ki, sakit olsunlar, hamı dərhal sakitləşdi. Həzrət xütbəni başladı:

Həmd olsun Allaha, salam olsun Peyğəmbər və onun Əhli-beytinə! Ey Kufə camaatı, hər kəs məni tanıyırsa heç, hər kəs tanımırsa, bilsin ki, mən Əliyyibni Hüseyn ibni Əliyyibni Əbitalibəm. Mən o kəsin oğluyam ki, Fəratın sahilində heç bir günahı olmadan, heç bir cinayət törətmədən başını kəsib mal-dövlətini qarət, əhl-əyalını əsir etdilər. Mən o kəsin oğluyam ki, işkəncələrlə şəhid edildi. Bu iftixar bizə bəsdir. Ey camaat, sizi Allaha and verirəm, deyin görüm siz atama məktub yazıb məkr və hiylə üzündən onunla peyman bağlayan, sonra isə onu qətlə yetirənlər deyilsinizmi? Ölüm olsun sizə ki, axirətinizin nameyi-əmalını pis hazırlamısınız. Əgər Peyğəmbər sizə desə ki, siz mənim oğlumu öldürdünüz, hörmətimi saxlamadınız və mənim ümmətim deyilsiniz, ona nə üzlə baxıb nə cavab verəcəksiniz?

Həzrət Səccad (əleyhis-salam)-ın sözü bura çatanda, kufəlilər uca səslə ağlamağa başladılar, Həzrət buyurdu:–Allah rəhmət eləsin o kəsə ki, mənim Allah, Peyğəbər və Əhli-beyti barədə öyüd-nəsihətimi qəbul edir. Bizim getdiyimiz yol Peyğəmbərin yoludur.

Birdən kufəlilər hamılıqla haray çəkib dedilər ki, biz səninləyik Lakin Həzrət Səccad (əleyhis-salam) onlara cavab verdi:–Heyhat, heyhat, ey hiyləgərlər! Atamın başına gətirdiklərinizi mənim də başıma gətirmək istəyirsiniz? Heç vaxt! And olsun Allaha ki, bizim yaralarımız hələ sağalmamışdır. Atam dünən şəhid, əhli-əyalı isə bu gün əsir oldu. Bu, unudulası deyildir. Bütün varlığım yaralıdır. Xahişim budur ki, bizim nə əleyhimizə, nə də xeyrimizə qiyam etməyəsiniz.



ƏHLİ-BEYT İBNİ ZİYADIN MƏCLİSİNDƏ


Əsirləri İbni Ziyadın məclisinə gətirdilər. O, fəthdən qürurlanıb sərməst halda, əlindəki çubuqla İmam Hüseyn (əleyhis-salam)-ın mübarək başına və dodaqlarına döyəcləyirdi. Zeyd ibni Ərqəm onun bu işinə kəskin etiraz edib, məclisdən çıxdı. Həzrət Zeynəbi Kübra tanınmaz halda məclisə daxil olub oradakı qadınlardan ayrıldı, kənizləri onu dövrəyə aldılar. Lakin nübüvvət cəlaləti, İmamət heybəti onun şərif vücudundan elə aşkar olurdu ki, İbni Ziyadı özünə cəlb etdi. O dedi:–Özünü bizdən gizlədib arvadlardan kənarda duran bu qadın kimdir?

Dedilər:–Əlinin qızıdır.

O məlun qərara aldı ki, Zeynəbin (əleyha-salam) ürəyinə daha başqa bir yara vursun, dedi:–Şükr olsun ki, Allah sizi rüsvay edib qılıncdan keçirərək həyatınızı bərbad etdi.

Heydəri Kərrarın qızı burada o məlunla ə düşmüş kimi hərəkət etmədi; uşaqları qocaldan, başı fələklərə çatan, dağları qübarlı edən müsibətləri dilə gətirmədi; bundan böyük müsibət ola bilərdimi? –Qanına qəltan olmuş ailəsini, Kərbəla çölündə, bədən üzvləri tikə-tikə olmuş, kəfənsiz, qüslsüz bədənlərindən başqa bir şey gözə dəyməyən halda qoyub gəlmişdi. Öldürülənlərin başında əziz qardaşı, behişt cavanlarının sərvəri dururdu ki, öz qanı ilə qüsl olmuş, atların nalları bədənini doğram-doğram edərək özünə Kərbəlanın isti qumlarını kəfən biçmişdi. Ailəsinin, qardaşlarının ölümündən sonra qardaşının sınıq qəlbli övladını bir halda himayə etdi ki, arvadlar şivən qoparmış, uşaqlar əl-ətəş naləsini asimana ucaltmışdı. Amma Zeynəbin ümdə vəzifəsi İmam Səccad (əleyhis-salam)-ı himayə etmək idi. O Həzrət xəstəliyin hərarətindən yanırdı, amma bu qızdırmaya baxmayaraq, kafirlər onun boynuna ağır zəncir vurmuşdular

Bu müsibətlərdən təkcə biri insanın qəlbini dağlayar, hətta qəzəblənmiş aslanı da belə acizliyə, süstlüyə düçar edərdi. Amma Əmr ibni Əbdüvəddi, Mərhəbi öldürən, Xeybər darvazasını yerindən qoparan Əli qızı xatircəmlik, yəqin dəryasının sahilinə yan aldı, ən nüfuzlu bəsirətdən bəhrələndi. O Həzrətin şənində təkcə bunu demək kifayətdir ki, elm və zəkası heç bir müəllim, alim tərəfindən almamış, əksinə, Allah tərəfindən ona verilən ilahi bəxşişlərdən bəhrələnirdi.

İmam Səccad (əleyhis-salam) bu barədə buyurur:



Ey əmmə, əlhəmdülillah sən təlim görməmiş bir alimə, dərrakəli bir insansan ki, bu dərrakəni bəşərin öyrəndiyi yolla öyrənməmisən (Yəni bunu Allah vermişdir).

Məhz bu səbəbə körə də Zeynəbi Kübra bu ağır müsibətlərə baxmayaraq, atası Əmirəl-möminin (əleyhis-salam) kimi elə qüdrətli kəlamlar danışdı ki, qılıncdan iti olan bu kəlamlar ox kimi Übeydüllahın qəlbinə sancılırdı. Həzrət Zeynəb buyurdu:–Bunlar elə bir tayfa idilər ki, Allah şəhid olmağı onlar üçün yazmışdı. Onlar öz əbədi yerlərinə tələsdilər. Çox çəkməz ki, Allah onlarla səni bir yerə yığaraq, sizi (onların qarşısında) haqq-hesaba çəkər, onda görərsən qələbə kimin olacaqdır, ey Mərcanənin oğlu, anan matəmində otursun!

Bundan sonra İbni Ziyad İmam Səccad (əleyhis-salam)-ı məclisdə görüb soruşdu:–Bu cavan kimdir?

Dedilər:–Əliyyibni Hüseyndir.

İbni Ziyad dedi:–Məkər Allah Əliyyibni Hüseyni öldürmədimi?

İmam Səccad buyurdu:–Mənim Əli adlı böyük qardaşım var idi ki, camaat onu öldürdü.

İbni Ziyad dedi:–Yox, onu Allah öldürdü!

İmam Səccad (əleyhis-salam) Zümər surəsinin 43-cü ayəsini qiraət etdi: Allah əcəl çatan vaxt canları alar.

İbni Ziyad dedi:–Mənim hüzurumda hazırcavablıq edirsən? Əmr edərəm, boynunu vurarlar!

Zeynəb (əleyha-salam) bu sözü eşitcək dərhal buyurdu:–Ey ibni Ziyad, sən daha bizdən heç kimi sağ qoymadın. Mənim də qətlimə hökm ver!

İmam Səccad (əleyhis-salam) öz bibisini sakitləşdirib ibni Ziyada dedi:–Məni ölümlə hədələyirsən? Məgər bilmirsən ki, (Alah yolunda) öldürülmək bizim adətimizdir və bizim əzəmətimiz şəhadətdədir?136

ÜBEYDULLAHIN KUFƏLİLƏR QARŞISINDAKI ÇIXIŞI

Bu söhbətlərdən sonra ibni Ziyad əmr etdi ki, əsirləri məscidin yanındakı evə aparsınlar. Özü isə məscidə gedib camaata belə dedi:-Allaha şükür olsun ki, haqı aşkar etdi. Əmirəl-möminin Yezid və adamlarına kömək etdi, yalançını isə öz tərəfdarları ilə birlikdə qətlə yetirdi.

İbni Ziyadın sözü bura çatanda Əbdüllah Əfif adlı bir nəfər camaatın arasından qəzəblənib fəryad etdi:–Ey Mərcanənin oğlu, bu qədər həddi aşmısan ki, Rəsulullahın oğlunu şəhid edib ona nalayiq sözlər deyirsən? Ey Allahın və Peyğəmbərin düşməni, yalan danışan sən və atandır. Səni əmr edənin özü və atası yalançıdır!

Əbdüllah elə həyəcanla fəryad çəkdi ki, ibni Ziyad naçar qalıb son dərəcə qorxu və iztirab içində minbərdən düşə-düşə bağırdı:–Ey məmurlar Əbdüllahı tutun! Ona aman verməyin, tez olun onu tutun!

Bir neçə nəfər muzdur ona tərəf yüyürdü, lakin onu tutmazdan əvvəl Əbdüllahın tayfası onu araya alaraq gizlətdilər.


Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin