Qum, seyyid məHƏMMƏDHƏSƏn musəVİ kaşANİ



Yüklə 2,38 Mb.
səhifə16/47
tarix21.10.2017
ölçüsü2,38 Mb.
#8814
1   ...   12   13   14   15   16   17   18   19   ...   47

HÜCRÜN MÜXALİFƏTİ

Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam)-ın fədakar köməkçisi olan Hücr ibni Ədi ruhdan düşmüş, incimiş halda İmam Hüseyn (əleyhis-salam)-ın hüzuruna gəlib, kinəli düşmənin müqabilində sükut etməyərək dərhal qiyam etməsini istədi və dedi: –Siz öz izzət və ağalığınızı satıb zillət və xarlığa razı oldunuz. Cüzi, azacıq xeyri qəbul edib çoxlu xeyri itirdiniz. Biz bu gün əmrə itaət etdik. Amma ruzigar bizdən üz çevirəcəkdir. Mən sizdən istəyirəm ki, İmam Həsən (əleyhis-salam)-ın sülh barəsindəki nəzərinə əhəmiyyət verməyin. Kufə camaatı içindəki şiələrdən qoşun toplayıb sərkərdəliyini mənimlə dostum Übəydət ibn Əmrə tapşırın. Görərsiniz ki, Müaviyə yerindən qalxmamış qılncla onun başının üstünü kəsdirəcəyik.

İmam Hüseyn (əleyhis-salam) onun cavabında buyurdu:

Biz beyət edib peyman bağlamışıq, daha beyəti pozmaq üçün heç bir yol yoxdur.48

O həzrət söhbətlərində təkid edirdi ki, hərgah İmam tərəfindən hər hansı bir peyman və əhd bağlanarsa, heç bir kəs onu poza bilməz. Çünki, İlahi rəhbər həqiqi məsləhətlər, mənafelərə əsasən hərəkət edir, öz şəxsi meylini və istəklərini nəzərə almır. Buna görə də onunla müxalifətçilik düzgün iş deyil və haramdır.

İmam Hüseyn (əleyhis-salam)-ın əsas çətinliyi bu idi ki, baş verən hadisələrdə ilahi qəzavü-qədər, müqəddərat barəsində tam aşkar danışa, İslam ümmətini, yaxud heç olmazsa şiələri agah edə bilmirdi ki, Hərəti Müctəba (əleyhis-salam)-ın bundan başqa çıxış yolu yox idi.

İmam Həsən (əleyhis-salam)-ın heç bir köməkçisi, qiyam və qələbə üçün bir vasitə olmadığı halda bir ölkənin rəhbəri kimi qiyam etməsi qeyri-mümkün idi. Amma siyasi şəraitdən düzgün məlumatları olmayan sadə şiələr öz etirazlarını davam etdirdilər, amma Allahın sirlərini dərk etməyə qüdrətləri yox idi.

Buna görə də İmam Hüseyn (əleyhis-salam) izah edib buyudu ki, bağlanan peyman haqq üzündən olmasa da və Müaviyənin zülm və haqsızlıq etməsinə baxmayaraq, bizim tərəfimizdən qəbul edildiyindən, onu pozmaq düzgün deyildir. Heç bir müsəlmanın bağladığı əhd-peymanı pozmağa haqqı olmadığı halda, Allah-Taala tərəfindən haqq olaraq seçilən İmamın bu cür yaramaz işi görməsi necə mümkün ola bilər?! Hamıdan çox o (İmam), öz əhd-peymanına vəfadar qalmalıdır. Həzrət İmam Hüseyn (əleyhis-salam)-ın müsəlmanlara öyrətdiyi böyük dərs, bax, budur.



ŞİƏLƏRİN ETİRAZLARI

Bir dəfə də şiələrədən bir qrupu: Əli ibni Bəşir Həmdani, Süfyan ibni Əli Leyli Həmdani Nəhdi, Müsəyyib ibni Nəcbə, Əbdüllah ibni Vərak və Sərah ibni Malik Xəsəmi İmam Hüseyn (əleyhis-salam)-ın hüzuruna gedib və İmam Həsən (əleyhis-salam)-la görüşdüklərini o həzrətə dedilər və ondan istədilər ki, onlarla razılaşıb ciyəryeyən Hindin oğlunun əleyhinə qiyam etsin. Amma Həzrət buyurdu: Əbu Muhəmməd İmam Həsəni Müctəba (əleyhis-salam) düz buyurmuşdur. Nə qədər ki, bu murdar kişi sağdır, gərək öz evlərinizdə oturasınız.



İMAM HÜSEYN (ƏLEYHİS-SALAM) QADAŞININ ƏMRİNƏ TABE İDİ

Cabir ibni Əbdüllah Ənsari İmam Hüseyn (əleyhis-salam)-a ərz etdi: Sən də qadaşın İmam Həsən (əleyhis-salam) kimi sülh edirsən? Həzrət buyurdu: Şəksiz ki, qardaşım Allahın və Peyğəmbərin əmri ilə iş gördü. Mən də Allahın və Peyğəmbərin əmri ilə iş görürüəm.

İbni Şəhraşub rəvayət edir ki, İmam Hüseyn (əleyhis-salam) qardaşının hüzurunda olanda (işləri həll edərkən) ona hörmət əlaməti olaraq heç nə danışmazdı.49

Habelə İmam Sadiq (əleyhis-salam) buyurur: İmam Hüseyn İmam Həsənə təzim və hörmət əlaməti olaraq heç vaxt onun qabağınca yol getməz, söhbət edərkən ondan əvvəl danışmazdı.50

Bəli, lətif və dəqiq mənaları dərk etməkdə aciz olmaq nəticəsində İmam Həsən (əleyhis-salam)-a qarşı pis rəftar etdilər və nadürüst sözlər danışdılar. Ümumiyyətlə, insanların dərk səviyyələri bir-birindən fərqlənir. Aləmin yaradılış sirlərini dərk etmək onların hamısında bir səviyyədə deyildir. Bu məsələ ilahi məsum İmamlar proqramlarında daha gözəl hiss olunur.

İmam Həsən (əleyhis-salam) sülhdən sonra Kufədən Mədinəyə gəlib orada məskunlaşdı. Amma çox yaşamadı; 49 yaşında ikən, Müaviyədən çox-çox qabaq dünyadan getdi. (Müaviyə 58 yaşında ikən xilafəti İmam Həsən (əleyhis-salam)-dan almışdı.)




YEDDİNCİ HİSSƏ

MÜAVİYƏNİN HİYLƏSİ

Fərvət ibni Nofəl Əşcəi 500 nəfər xəvariclə kənara çəkilib Zur şəhərinə getmişdi. Onlar deyirdilər ki, indi hökmən hökumət ilə müharibə etmək lazımdır. İndi ki, Müaviyə hakimiyyətə gəlib xəlifə oldu, onunla müharibə etmək bizə vacibdir. Buna görə də İraqa gəldilər, Kufənin Nüxəylə məntəqəsinə çatdılar. İmam Həsən (əleyhis-salam) isə artıq Kufədən Mədinyə yola düşmüşdü. Həzrət Qadisiyyəyə çatanda, Müaviyəyə xəbər verdilər ki, bu xarici məzhəb (dindən çıxmış) kişi 500 nəfərlə itaətsizlik və tüğyan edir. Müaviyə İmam Həsən (əleyhis-salam)-la bağladığı sülhü möhkəmlətmək istəyirdi. Buna görə də ona belə bir məktub yazdı: Fərvət ibni Nofəl xarici 500 nəfər döyüşçü ilə Kufəyə gəlibdir. Sizə əmr edirəm ki, onunla vuruşub məğlub edəsiniz. Bundan sonra Mədinəyə gedə bilərsiniz.

İmam Həsən (əleyhis-salam) Qadisiyyənin yaxınlığında ikən bu məktubu aldı. Həzrət həyasızcasına yazılan bu məktubun cavabında yazdı:

Ey Müaviyə! Əgər mən əhli-qiblədən bir nəfər ilə müharibə etmək istəsəydim, əvvəlcə səninlə edərdim. Yalnız İslam ümmətin məsləhəti və qan axıdılmasının qarşısını almaq üçün müharibə etmədim və səninlə razılaşdım.



MÜAVİYƏ ƏHDİ POZUR


Müaviyənin sülhdən sonra gördü ilk iş peymanı pozmaq oldu. O gündən başlayaraq şiələr ardı-arası kəsilməz əzab-əziyyətlərə, çətinliklərə sinə gərib zülm odunda yanırdılar. Əlaqələr kəsilir, gözlər hədəqəsindən çıxarılırdı. Camaatın gözü önündə onların əl-ayaqları kəsilir, dar ağacından asılaraq həlak edilirdilər. Dərin, vəhşətli zindanlarda boyunlarını zəncirləyirdilər. Mübarizlərin əksəriyyəti əlçatmaz səhralara sürgün edirdilər. Kəsilmiş başları nizələrə keçirirdilər. Süməyyənin oğlu Ziyad Həzrət Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam)-ın tərəfdarını tanıyırdı. O, Bəsrəyə hakim seçildikdən sonra hər yerdə onları axtarmağa başladı. Şiələri ələ keçirdikdə ən ağır işgəncələr verir, əllərindən gələn zülmü əsirgəmirdi. Minbərdə söhbət edərkən fəryad edərək deyirdi: Allaha and olsun, fərarilərin əvəzində onların qohumlarını tutacağam. Əgər biri dünyadan getmiş olsa, gələcək nəsillərini zəncirləyəcəyəm. Əgər bir günahkar xəstələnsə, onun sağlam qohumlarını tutacağam.51


Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin