Qum, seyyid məHƏMMƏDHƏSƏn musəVİ kaşANİ


HƏZRƏT MÜSLÜM ÜBEYDULLAHIN YANINDA



Yüklə 2,38 Mb.
səhifə30/47
tarix21.10.2017
ölçüsü2,38 Mb.
#8814
1   ...   26   27   28   29   30   31   32   33   ...   47

HƏZRƏT MÜSLÜM ÜBEYDULLAHIN YANINDA

Nəhayət Həzrət Müslümü Übeydullahın yanına gətirdilər. O, rəyasət kürsüsündə əyləşmiş, Həzrət Müslüm isə onun müqabilində əli bağlı bir əsir kimi durmuşdu. O zalımın əlindən nicat tapmaq ümidi yox idi və bir xilaskar da gözə dəymirdi. Həzrət Müslüm ibni Ziyadın qarşısında nə baş əyib təzim etdi, nə də ona etina etməyib salam verdi. İbni Ziyadın yanındakılardan biri bağıraraq dedi:–Nə üçün əmirə salam vermədin?

Həzrət Müslüm qəzəblənib dedi:–Sus! O mənim əmirim deyil!

İbni Ziyad ona xitabən dedi:–Sakit ol, ey Müslüm! Sən Kufəyə gəlib burada bir-biri mehriban və sıx əlaqəsi olan adamların arasında təfriqə salıb, fikirlərini azdırmısan.

Həzrət Müslüm dərhal dedi:–Heç də belə deyil. Mən bu niyyətlə Kufəyə gəlməmişəm. Camaatın inamı budur ki, sənin atan onların ata-babalarını qətlə yetirmiş, qanlarını nahaq yerə axıtmış, onların arasında Qeysər, Kəsra üslubu ilə hökmranlıq etmişdir.102 Məhz buna görə də biz onların yanına gəlmişik ki, ədalət əsasında hökm edib ümməti Allahın kitabına, Rəsulullahın sünnətinə tərəf dəvət edək.

Übeydullah Həzrət Müslümün sözlərinə sona kimi qulaq asa bilməyib nalayiq sözlər deməyə başladı:–Nə danışırsan, ey bədəməl insan? Məgər bu camaatın işlərini ədalət əsasında təşkil edən biz deyilikmi? Biz bu işləri görəndə sən Mədinədə mey içməklə məşğul deyildinmi?

Həzrət Müslüm dedi:–Mənə deyirsən? Məgər mən şərab içirəm? Tək olan Allah bilir ki, sən bu sözü düz demirsən, sözlərin nadürüstdür, mən sənin dediyin kimi deyiləm. Sən o adamları mey içməkdə günahlandıra bilərsən ki, müsəlmanların qanını içməkdən ləzzət alır, ehtiram olunması vacib olan şəxsləri qətlə yetirir, ömründə heç kəsi incitməyənləri öldürür, bədgümanlıq, qəzəb və kin-küdurət əsasında kütləvi qırğınlar törədir, gecə-gündüz eyş-işrətlə məşğul olur və bu işlərin heç birini özü üçün cinayət hesab etmir.

Artıq Həzrət Müslümün sözlərinə dözə bilməyən Übeydullah qəzəbli halda Hüseyn ibni Əli (əleyhis-salam), Əliyyibni Əbi Talib və Əqilə qarşı təhqiramiz sözlər deməyə başladı. Qəlbində olan bütün murdar sözləri dilinə gətirdi103.

Bu yerdə Həzrət Müslümün səbri tükəndi, fəryad çəkib dedi:–İstədiyini et, ey Allahın düşməni!

Übeydullah şamlı bir kişiyə Həzrət Müslümü qəsrin damına çıxararaq boynunu vurub baş və bədənini oradan yerə atmasını əmr etdi.



HƏZRƏT MÜSLÜMÜN VƏSİYYƏTİ

Həzrət Müslüm İbni Ziyaddan öz vəsiyyətini qohumlarından birinə demək üçün icazə istədi. Übeydullah icazə verdi.

Həzrət Müslüm bu məqsədlə qəsr əyanlarının içində Ömər ibni Sədi seçib dedi:–Mən səninlə qohumam, indi səndən istəyirəm ki, mənim vəsiyyətlərimi eşidib ona əməl edəsən. Lakin mənim bu sifarişim gizlindir və onu adamların içində demək istəmirəm.

Ömər Səd bu işi qəbul etməkdən imtina etdi, vəsiyyətə qulaq asmağa razı olmadı. Übeydullah ona tənə vurdu ki, öz əmoğlunun təklifini qəbul etməkdən boyun qaçırma. Ömər Səd çarəsiz qalıb, Həzrət Müslümlə birlikdə bir güncə getdi və Übeydullahın müşahidə edə biləcəyi bir yerdə vəsiyyətə qulaq asmağa başladı. Həzrət Müslüm ona dedi ki, qılıncını və zirehli paltarını satıb onun pulu ilə borcunu (təqribən 600 dirhəm) ödəsin. (Bu məbləğ Həzrət Müslümün Kufəyə gəldiyi gündən şəxsi ehtiyaclarına xərcləmək üçün aldığı borc pul idi.) İkinci vəsiyyəti onun cənazəsinin ibni Ziyaddan alınıb dəfn edilməsi, üçüncü vəsiyyət isə bu xəbəri İmam Hüseyn (əleyhis-salam)-a çatdırılması idi.

Ömər Səd bu sifarişləri eşidəndən sonra Übeydullahın yanına gedib hamısını ona çatdırdı. İbni Ziyad dedi: Əmanətdar şəxs heç vaxt xəyanət etməz, amma bəzən xain əmanətdar olur.

Sonra şamlı kişi Həzrət Müslümlə birlikdə dama çıxdılar. Yol boyu Həzrət təsbih və təkbir deyib, istiğfar etməklə məşğul idi. Həyatının sonuna bir neçə dəqiqədən artıq vaxt qalmamışdı. Əllərini dua etmək üçün qaldırıb Allah dərgahına ərz etdi: İlahi, bizə yalan deyib aldadan, xar edən və nəhayət qətlə yetirən milləti mühakimə et. Sonra iki rəkət namaz qılıb üzünü Mədinəyə tərəf tutaraq öz imamına–Həzrət İmam Hüseynə (əleyhis-salam) salam göndərdi104.

Bundan sonra o namərd Həzrət Müslümün boynunu vurdu, bədənini Übeydullahın dediyi qayda ilə yerə atdı, özü isə vahiməli halda aşağı endi. İbni Ziyad onu bu halda görəndə qorxusunun səbəbini soruşdu. O cavab verib dedi: -Müslümü qətlə yetirmək istəyəndə, qəzəəbindən rəngi qaralıb barmaqlarını bir-birinə sıxmış qəzəbli bir kişi gördüm.

İbni Ziyad dedi:–Yəqin ki, səni qara basıb.



HANİNİN ŞƏHADƏTİ


Həzrət Müslümü şəhadətə yetirəndən sonra Kufənin qaniçən hakimi Haninin gətirilməsini əmr etdi. Məmurlar onun əllərini bağlayıb bazara, qoyun satılan yerə gətirdilər. Hani fəryad çəkib dedi: Ey Müzhəc qəbiləsi, dadıma çatın, vay olsun mənim halıma ki, bu gün mənim yanımda qəbiləmdən heç kim yoxdur. Bu sözü iki dəfə təkrar etdi. Amma cavab eşitmədi, başa düşdü ki, onun köməyinə gələn olmayacaq. Güclü bir təkanla qolundakı ipi qırıb əllərini açdı, yenə fəryad etdi: Bir adam varmı mənə əsa, xəncər, ya ağac, ya da daş versin ki, canımı qoruyam? Məmurlar ona aman verməyib tutdular, dərhal əllərini iplə möhkəm bağladılar. Cəlladlar onu öldürmək istəyəndə, dedilər ki, boynunu qabağa əysin, amma Hani bu işdən imtina edib dedi:–Mən özümü öldürməkdə sizə kömək etmərəm.

Nəhayət İbni Ziyadın qulamlarından biri olan Rəşid Tərəki ona bir zərbə vurdu, amma bundan da bir şey hasil olmadı. Hani Allahla raz-niyaz etməyə başladı: Bütün bəndələrin qayıdışı Allaha doğrudur. İlahi, sənin rəhmət və rizvanına doğru gəlirəm. Rəşid ikinci zərbəni endirdikdə Hani şəhadətə çatdı«

Übeydullah əmr etdi ki, Həzrət Müslümün və Haninin pak cəsədlərini Kufənin bazarlarında sürüyələr, sonra Kənasə məhəlləsinə aparıb başı aşağı dardan asalar. Mübarək başlarını isə Yezidə ərməğan göndərələr.

Bir neçə müddətdən sonra Übeydullah onların cəsədlərinin Qəsrin yaxınlığında dəfn edilməsi barədə hökm etdi. Bu da ondan ötrü idi ki, onun əlaltıları qəbirləri nəzarət altına alıb heç kəsi onların pak türbətlərini ziyarət etməyə qoymasınlar. Beləliklə, Kufənin qaniçən hakimi onların başlarını Hani ibni əbi Həyyə və Zübeyr ibni Ərvəhin vasitəsilə öz ağası Yezidin yanına göndərib ona xitabən belə yazdı: Allaha şükr olsun ki, o, əmirəl-mömininin (Yezidin) haqqını geri aldı, onun düşmənlər qarşısında təhlükəsizliyini təmin etdi. Əmirəl-mömininə (Allah onu əziz etsin) xəbər verirəm ki, Müslüm ibni Əqil Hani ibni Ürvə Muradinin evinə pənah gətirdi; mən onu və dostlarını tapmaq üçün casus göndərdim. Xüsusi ustalıq və hiylə ilə bu iki şəxsi gizləndikləri yerdən çıxartdım, nəhayət Allah məni onların ikisinə də qalib etdi. Sonra hər ikisinin boynunu vurdum. Onların başlarını iki nəfər–Hani ibni Əbi Həyyə və Zübeyr ibni Ərvəh vasitəsi ilə sənə göndərirəm. Bu qasidlər Əmrə müti olan və nəsihət qəbul edən adamlardır. Əmirəl-möminin onlardan istədiyi şeyi soruşa bilər; Şübhəsiz bu iki nəfər lazım olan xəbərlərdən agahdırlar, dərrakəli, dözümlü və düz danışandırlar. Vəssalam




Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin