Bismillahirrəhmanirrəhim
Sual 1:
Nə üçün zalım
və günahkar insanlardan bir
hissəsi nemətlər içində qərq olmuşdur?
Cavab:
Yuxarıdakı sual çoxlarını düşündürür. Qurani-
kərimin
ayələrinə
əsasən,
belələri
islahedilməz
olduqlarından, yaranış qanunları və iradə azadlığına əsasən
öz başına buraxılmışlar. Allah
tərəfindən verilmiş bu
möhlət, əslində onları uçuruma aparır. «Ali-imran»
surəsinin 178-ci ayəsində buyurulur: «
Küfr edənlər, onlara
verdiyimiz möhləti özləri üçün xeyirli bilməsinlər. Biz
onlara möhlət verimişik ki, günahlarını daha da
artırsınlar. Onlar üçün zəliledici bir əzab vardır
».
Bəzi
ayələrdən məlum olur ki, bəzən Allah zalım və
günahkarlara verdiyi nemətləri hədsiz dərəcədə artırır və
onlar ləzzət içində xumarlandıqları zaman, qəfildən onları
bütün nemətlərdən məhrum edir. Misilsiz firavanlıqdan
sonra qəfil səfalət və zəlalət
həmin insanlar üçün böyük
əzaba çevirilir. «Ənam» surəsinin 44-cü ayəsində oxuyuruq:
«
Onlar edilmiş xəbərdarlıqları unutduqları bir an
bütün nemət qapılarını onların üzünə açdıq ki,