Cəld və güclü olmaq həvəsi
ilə müəyyən bir idman
növü ilə məşğul olub, ehtiyatsızlıq
üzündən şikəst olanlar
da var. Amma bu sayaq uğursuzluqlara baxmayaraq,
insanlar idmandan üz döndərmir.
Hansısa kiçik bir səhvə görə həbsxanaya düşüb, oradan
narkoman kimi çıxanlar da az deyil.
Amma həbsxanalar
mövcuddur və gələcəkdə də mövcud olacaq.
Qurani-kərimdə buyurulur: «
Namaz insanı çirkin
işlərdən çəkindirir
»
1
.
Bəli, müttəqilərə doğru yol göstərən Quran, günahdan
çəkinmək istəyənləri namaza çağırır. «Filan namaz qılan nə
üçün çirkin işlərdən çəkinməyib» sualına yuxarıdakı
misallar cavab verir. Ayədə həqiqi namaz nəzərdə tutulur.
Əsl həkim şəfabəxş, əsl idman faydalı,
əsl həbsxana
tərbiyəverici olduğu kimi, əsl namaz da istisnasız olaraq,
insanı günahdan uzaqlaşdırır. Həqiqi namazın
şərtləri
vardır. Namazda xalis niyyət, Allahın əzəmətini,
özünün
kiçikliyini anlamaq əsas şərtlərdəndir. İmam Sadiq (ə)
buyurur: «
Dostları ilə paylaş: