Ğina insanı ruhi tarazlıq vəziyyətindən çıxarır, onu eyş-
işrətə, əxlaqsızlığa sövq edir. Qurani-kərimin «Fürqan»
surəsinin 72-ci ayəsində buyurulur: «
Allahın xalis bəndəsi
o şəxslərdir ki, batilə şahid durmaz, puç bir şeylə
rastlaşdıqda, ondan üz çevirib, keçərlər
». İmam Sadiq (ə)
bu ayə haqqında buyurur: «
Bu ayədə ğina nəzərdə
tutulur
».
Musiqisi və sözləri insanı doğru yoldan azdıran ğinanın
insan mənəviyyatına bir çox mənfi təsirləri vardır:
«Ğina oxunan ev qəm-qüssədən amanda qalmaz»,
«Ğina oxunan evdə dua qəbul olmaz», «Ğina oxunan evə
mələk nazil olmaz»
1
.
Sual 148:
Lovğa yeriş insanı hara aparır?
Cavab:
Loğman öz oğluna belə nəsihət verir: «
...Yer
üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah
özündən razı və lovğalanıb fəxr edən şəxsi sevməz.
Yerişində müvazinət gözlə
»
2
.
Uyğun Quran ayələrindən bir daha aydın olur ki, İslam
dini öz ardıcıllarının bütün suallarına əhatəli cavab verir.
Mömin müsəlmanlara, hətta
öz yerlərində müvazinəti
gözləmək sifariş olunur. İlk baxışdan əhəmiyyətsiz görünən
yeriş, əslində insan şəxsiyyətinin nişanələrindəndir.
Həzrət Peyğəmbər (s) buyurur: «
Dostları ilə paylaş: