böyük əzabdan əvvəl, onlara mütləq dünya əzabından
daddıracağıq. Bəlkə, geri dönələr
».
Bəli, peyğəmbərlər göndərilir, kitablar nazil olur, nemət
verilir,
bəlalar
gəlir.
Amma
bütün
bunlardan
faydalanmayan insanların son mənzili, yalnız və yalnız
cəhənnəmdir.
Əgər ətrafa nəzər salsaq, bir çox insanların məhz dünya
əzabından nəticə çıxararaq,
doğru yola gəldiyinə şahid
olarıq. Nəfsin hakimiyyəti altında qarşılaşdıqda, dayanıb
düşünür. Eyş-işrətə qərq olmuş cəmiyyət müdhiş bir zəlzələ
qopan andaca, bir ağızdan «Allah»-deyə fəryad qoparır.
Elm və məntiqlə həqiqəti tapmağa həvəs göstərməyənlər
əzabla üzləşən kitmi, düşünməyə başlayır.
Dünya əzabı olmasaydı nə olardı? Allah-təala 124 min
peyğəmbər göndərib millətləri doğru yola çağırmaqla
kifayətlənsəydi, dünya nə kökə düşərdi? Təsəvvür edin ki,
bir cəmiyyətdə
qanunlar təbliğ olunur, amma qanunu
pozanlar cəzalandırılmır. «Oğurluq etməyin» deyilir, amma
oğurluğun qarşısı alınmır. Bu cəzasızlıq oğurluğa rəvac
vermirmi? Günahkarların cəzalandırılması, başqaları üçün
ibrətdir
və ümumiyyətlə, cəmiyyətin xeyirinə yönəldilmiş
bir tədbirdir.
Allah-təala günahkarı cəzalandırmaqla
onu islah
olmağa, başqalarını isə ibrət götürməyə çağırır və belə bir
əzab, bəşəriyyət üçün olduqca zəruridir.
Dostları ilə paylaş: