qorxmazlar
». Bu və digər ayələrdən mə´lum olur ki,
peyğəmbərlərə öz risalətlərinin təbliğində təqiyyəyə icazə
verilməmişdir.
Onu da unutmaq olmaz ki, təqiyyənin müxtəlif növləri
vardır. Yuxarıdakı
ayədə zikr olunan təqiyyə, qorxu
təqiyyəsidir. Yə´ni peyğəmbərlər
qorxu səbəbindən öz
risalətini tə´xirə sala bilməz.
Təqiyyənin başqa bir növü, təhbibi təqiyyədir. İnsan bə
´zən qarşı tərəfin məhəbbətini cəlb etmək üçün öz əqidəsini
açıqlamır. Belə bir təqiyyə müəyyən müştərək işlərdə qarşı
tərəflə həmkarlığa şərait yaradır.
Üçüncü növ təqiyyə, pərdələnmə təqiyyəsidir.
Hər bir
insan və ya cəmiyyət öz məqsədinə çatmaq üçün hazırladığı
planı düşməndən gizlətməlidir. Aydın məsələdir ki, qarşı
tərəfin atacağı addımlardan
xəbərdar olan düşmən, öz
tədbirini görəcəkdir.
Peyğəmbərlərə qorxu təqiyyəsi caiz olmasa da, onların
həyatında ikinci və üçüncü növ təqiyyələr kifayət qədərdir.
Məsələn, spirtli içkilərin mərhələ-mərhələ qadağan
olunması, buna misal ola bilər. Bütləri qırmaq qərarına
gəlmiş İbrahim bütpərəstlərə şənliyə getməyib,
şəhərdə
qalmasının səbəbini doğru-düzgün açıqlasaydı, məqsədinə
çata bilərdimi?!
İmam Sadiq (ə) buyurur: «
Təqiyyə mənim və mənim
babalarımın ayinidir. Təqiyyəsi olmayanın dini
yoxdur
»
1
.
Sual 155:
Peyğəmbərlik
həvəsinə düşənləri necə
anlatmalı?
1
«Məcməül-bəyan», 7-8-ci cild, səh.521.
143