Cavab:
Həzrət Məhəmmədin (s) bir yox, bir neçə
qadınla evlənməsi, bir sıra ictimai-siyasi
çətinliklərin həlli
məqsədini daşımışdır. Həzrət öz peyğəmbərliyini elan
etdiyi zaman tək-tənha idi və onun risalətinə çox az adam
iman gətirmişdi. Təbii ki, xürafatın
hakim olduğu həmin
cəmiyyətdə əksər qəbilələr onun risalətinə müxalif
mövqedə dayanmışdılar. Həzrət Peyğəmbər (s) düşmənin
müqavimətini qırmaq üçün icazə verilmiş bütün yollardan
istifadə edirdi.
Həzrət (s) yalnız bir bakirə qızla ‒ Aişə ilə evlənmişdir.
25 yaşlı gənc, 40 yaşlı dul qadınla ‒ Xədicə (s.ə.) evlənmiş və
53 yaşınadək yalnız, bu qadınla nikahda olmuşdur.
Öz dövrünün cahil adət-ənənələrini sındırmaq üçün
dul
Zeynəblə evlənən Peyğəmbər, bakirə qızlarla da ailə
həyatı qura bilərdi.
Tarixçilər həzrət Məhəmmədin (s) zövcəsi sayılan
qadınların əksəriyyətinin onunla cinsi yaxınlıqda
olmadığını bildirirlər. Hətta bəzi qəbilələr öz qızını Həzrətə
nişanlamaqla kifayətlənmiş və bunu özləri üçün böyük fəxr
hesab etmişlər.
İkinci bir tərəfdən, sonsuz olmayan Peyğəmbərin (s) nə
üçün az sayda övladı olmalı idi. Həmin dövrdə, adətən,
övladla nəticələnən cinsi yaxınlıq, Həzrət (s)
üçün önəmli
deyildi. Önəmli olan, bu izdivaclar vasitəsi ilə qəbilələri
İslama gətirmək, cəmiyyətdə əlaqələri möhkəmlətmək idi.
Dostları ilə paylaş: