əməlləriniz sizi bu mükafatlardan uzaq saldı; Allahın
nemətlərindən yeyir, amma şükr etmirsiniz; Əmr
olundu ki, şeytanla düşmən olun. Dildə «düşmənik»
dediniz, amma əməldə onunla müxalif olmadınız;
Başqalarında eyib axtarıb, öz eyiblərinizə göz
yumdunuz
»
1
.
Sual 18:
Salman Farsi İslama necə gəldi?
Cavab:
Həzrəti Məhəmməd (s) «Salman bizdəndir»
buyurmaqla, Onun hansı iman mərtəbəsində olduğunu ən
sadə şəkildə ifadə etmişdir. Bəs İranda doğulub boya-başa
çatmış Səlman necə oldu ki, Peyğəmbərin (s) ən yaxın
adamlarından birinə çevrildi?
Hələ
gənc ikən, Salman yaşadığı şəhərin hakiminin
oğlu ilə dostluq edirdi. Bir gün öz dostu ilə səhraya ova
çıxan Salman, İncil oxuyan rahiblə rastlaşdı. Rahib gənclərə
İncil haqqında danışıb, Allaha itaətə, günahdan uzaqlığa
çağıran təsirli kəlamlar oxudu. Rahib onlara dedi ki, doğru
dində olmayanların kəsdikləri heyvanların əti haramdır.
Nəhayət, onlar sağollaşıb ayrıldılar. Amma gənclər tez-tez
səhraya gedib, rahibin söylədiyi
ilahi kəlamlardan feyz
aparardılar.
Bir gün hakimin oğlu süfrəyə oturmaqdan imtina edib,
süfrədəki yeməklərin haram olduğunu bildirdi. Hakim
vəziyyətin nə yerdə olduğunu öyrənib, rahibi öz
əyalətindən çıxardı. Salmanla hakimin oğlu rahiblə getmək
qərarına gəlsələr də, dostunun yubandığını
görən Salman,
yola düşdü.
İlk əvvəl rahiblə birgə Mosulda məskunlaşan Salman,
bir müddət sonra öz müəllimi ilə birlikdə Beytül-
müqəddəsə yola düşdü.
1
«Səfinətül-bəhar», 1-ci cild, səh. 448.
16
Bir gün Salmanı qəmli görən müəllim onun
pərişanlığının səbəbini soruşanda, o, belə dedi: «Bütün
yaxşılıqlar
keçmiş nəsillərə qismət olub, peyğəmbərlərlə
birgə yaşayıblar». Müəllimi ona təsəlli verib, son
peyğəmbərin zühurunun hələ qarşıda olduğunu bildirdi.
Beytül-müqəddəsdən Mosula qayıdarkən, gözlənilməz
hadisələr səbəbindən müəllimini itirən Salman bir ərəbə əsir
düşdü. Ərəb Salmanı Mədinəyə gətirib, qul kimi satdı.
Bir gün Salman Mədinəyə gəlmiş bir şəxsin,
özünü
peyğəmbər kimi təqdim etdiyini eşitdi. Yubanmadan bu
şəxsin olduğu yeri soraqlayan Salman, nəhayət, onu bir
məclisdə tapdı. Salmanın son peyğəmbərin nişanələri
haqqında kifayət qədər məlumatlı idi. Ətrafında xeyli insan
toplanmış şəxsə yaxınlaşıb, bu əlamətləri yoxlamağa fürsət
axtardı. Həmin şəxs qəlbi
imanla dolu Salman ürəyini
oxuyurmuş kimi, onu yaxına çağırdı və libasını çiynindən
qaldırıb, ona nə isə göstərdi. Peyğəmbərlik möhrünü öz
gözləri ilə görən Salmanda bir zərrə də şəkk qalmadı ki,
qarşısındakı şəxs son peyğəmbərdir.
Dostları ilə paylaş: