Hədislərdə «Yasin» surəsi «Quranın qəlbi» adlandırılır.
İmam Sadiq (ə) buyurur: «
Bu surəni qürubdan əvvəl
oxuyan insan gün uzunu hifz olunar və bol ruzidən
faydalanar. Hər kəs bu surəni yatmazdan əvvəl oxusa,
Allah min mələk məmur edər ki, onu hər şeytan və hər
bəladan qorusun
»
1
.
Lakin bu fəzilətlər
surəni kor-koranə oxuyana yox,
onun məfhumunu düşünüb, anlayanlara şamildir. Elə bir
düşüncə ki, insanın əməllərinə sirayət edir!
Sual 162:
Yuxuya əməl etmək olarmı?
Cavab:
Yuxu üç qismdir:
yozumu olan ilahi, doğru
yuxular; insanı doğru yoldan azdıran şeytani yuxular; bir iş
haqqında çox düşünməkdən yaranmış əsassız yorğunluq
yuxuları.
İbrahim Peyğəmbər (ə) oğlu İsmayıli
gördüyü yuxuya
əsasən qurban kəsmək qərarına gəlmişdi. Maraqlıdır, insan
yuxuya əsasən belə bir ciddi qərar qəbul edə bilərmi?
Peyğəmbərlər bir sıra məsələlərdə, eləcə də yuxu
məsələsində adi insanlardan fərqlənirlər. Onlar yalnız ilahi
yuxular görür, bəzən isə vəhyi
yuxu vasitəsi ilə qəbul
edirlər. Bəzi rəvayətlərdə İbrahimin uyğun yuxunu üç gecə
ardıcıl gördüyü nəql olunur.
Başqa bir rəvayətdə nəql olunur ki, şeytan İbrahimə,
«gördüyün yuxu şeytani yuxudur» deyə vəsvəsə edirdi.
Amma İbrahim əmin idi ki,
peyğəmbərlər şeytani yuxu
görmürlər.
Demək, adi insanların gördüyü yuxuya əsasən əməl
etməsi, məntiqi deyildir və yuxuda verilən göstərişə mütləq
əməl olunması xürafatdır.
1
«Məcməul-bəyan».
149