Yəqub dedi: «Oğullarım! Misirə eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun... »
1
. Həzrət Əli (ə) buyurur: «
Peyğəmbər (s) Həsən (ə) və Hüseyn (ə) üçün gödəymə duası hazırlamışdı »
2
. Həzrət «Nəhcül-bəlağə»də bir daha
buyurur: «
Gözdəymə, eləcə də onu aradan qaldırmaq üçün dua, həqiqətdir ».
Amma İslamda gözdəymənin bir həqiqət kimi qəbul
edilməsi kimsəyə əsas vermir ki, bu sahədə xürafat həddinə
yetişsin. Bu sahədə dinin göstərişlərindən kənara çıxaraq,
ifrata varmaq caiz deyil.
Sual 165: Bağışlanmayan günah varmı?
Cavab: «Zumər» surəsinin 53-cü ayəsində buyurulur:
«
De ki, ey mənim özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah bütün günahları bağışlayar. Həqiqətən, O, bağışlayan və rəhm edəndir! ».
Bu ayənin nazil olma səbəbi kimi, bəzi təfsirçilər
Vəhşinin dastanını göstərirlər. Vəhşi həzrət Peyğəmbərin (s)
əmisi Həmzənin qatilidir. Özünü hər zaman Peyğəmbərə (s)
sipər etmiş Həmzə, Vəhşi tərəfindən namərdliklə qətlə
yetirilmişdi.
Zaman keçdi. İslam qüdrətləndi. Vəhşi də İslam dinini
qəbul etmək qərarına gəldi. Həzrət Peyğəmbər (s) «Əmim
Həmzəni necə öldürdün» soruşdu. Vəhşi həmin səhnəni
təsvir etdiyi zaman, Həzrət (s) bərk ağlayırdı. Amma
Vəhşinin tövbəsi qəbul oldu. Həzrət (s) ona buyurdu:
1
«Yusif» surəsi, ayə 67.
2
«Nurus-səqəleyn», 5-ci cild, səh. 400.
151
«
Mənim gözümə görünmə, sənə baxa bilmirəm ». Vəhşi
Şam istiqamətində gedib, bir daha gözə görünmədi.
Həzrətdən (s) soruşdular ki, bu ayə təkzə Vəhşiyə
aiddir, yoxsa hamıya? Peyğəmbər, «hamıya!» -deyə cavab
verdi.