İmanın on dərəcəsi
vardır. Nərdivan kimi pillə-pillə ucalır
»
1
.
Qurani-kərimdə buyurulur ki, Allah-təala hər bir insanı
onun qüvvəsi həddində sorğuya çəkir. Demək, iman
dərəcəsi aşağı olan insanların sorğusu daha yüngül
keçəcəkdir. Həzrət Peyğəmbər (s)
və onun Əhli-beytindən
nəql olunmuş hədislərdə iman səviyyəsi aşağı olan insanları
qınamamaq tövsiyə olunur. Amma deyilənlərdən belə
nəticə çıxarmaq yanlış olar ki, tamam imansız ‒
kafir
insanlara sorğu yoxdur. İman bütün bəşəriyyətin fitrətinə
məxsus olan bir sifətdir.
Sorğudan gəzəştlər isə, birbaş
insanların istedadı ilə bağlıdır. Atəşin İbrahimə gülzara
döndüyünü
görən Nəmrud, Allahın qüdrəti qarşısında
qurban kəsir. Amma yenə də dünyəvi məqamını itirmək
qorxusundan, aşkar iman gətirməyib kafirlərdən olur.
1
«Biharul-ənvar», 69-cu cild, səh.165.
154
Sual 170:
İman eşqdir, yoxsa ağılın dərki?
Cavab:
Qurani-kərimin «Hücərat» surəsinin 7-ci
ayəsində buyurulur: «
...Allah sizə imanı sevdirmiş, onu,
ürəklərinizdə süsləmiş küfrə, asi olmağa qarşı nifrət
oyatmışdır
».
Adətən, insanlar həqiqətin
qəbulu üçün dəlil-sübut
istəyirlər. Belə bir istək təbiidir və İslam tərəfindən inkar
olunmur. Amma insan qəbul
etdiyi həqiqəti sevməyə də
bilər. İmam Sadiq (ə) buyurur: «
İman, sevgi və nifrətdən
başqa bir şey deyil
» buyurur.
İmam Baqir (ə) buyurur: «
Din məhəbbət, məhəbbət
isə dindir
».
Təsadüfü deyildir ki, kainatın obyektiv nizamlı
quruluşunu dərindən mütaliə edən astronom Allahın
varlığını təsdiqlədiyi halda, ibadət etməyə də bilər. Əksinə,
bu dəlillərdən
tamami ilə xəbərsiz, yalnız fitrətinin səsini
dinləməklə iman gətirmiş savadsız çoban,
heç bir şəkk-
şübhəyə yol vermədən Allahına ibadət edir!
155