istəsə, razı olarsanmı?». Gənc «razı olmaram» dedi. Həzrət
sözünü belə sona yetirdi: «Bil ki, xalq da onun qızları ilə
zina edilməsinə razı deyildir».
Sual 20:
Yalançı peyğəmbəri necə tanımalı?
Cavab:
Peyğəmbərlik bir qrup pak insana əta olunmuş
böyük ilahi məqamdır. Peyğəmbərlər bəşəriyyətin doğru
yola hidayəti üçün göndərilmiş elçilərdir.
Əgər bir şəxs tibb elmindən anlayışı olmadığı
halda
həkimlik iddiasına düşüb bir neçə insanın həyatına son
qoyursa, yalançı peyğəmbər bütün bəşəriyyəti dünya və
axirət əzabına sürükləyir.
On dörd əsr əvvəl həzrət
Məhəmmədin (s) risaləti ilə peyğəmbərlik missiyası başa
çatsa da, yalançı peyğəmbərlər bu gün də yağışdan sonra
göbələk kimi baş qaldırmaqdadırlar. Bəs onları necə
tanımalı və necə ifşa etməli?
Unutmayaq ki, nə zamansa
öz peyğəmbərliyini elan
etmiş Musa, İsa, Məhəmməd (s) və sair peyğəmbərləri
cəmiyyət
sualla
qarşılamışdır.
Onlardan
peyğəmbərliklərinin sübutuna dəlillər istənilmişdir. Musa
öz möcüzəli əsası, İsa ölüləri diriltməsi, Həzrəti Məhəmməd
(s) Quranın ecazı və şəqqül-qəmər
kimi hadisələrlə bütün
şübhələri aradan qaldırmışlar. «İsra» surəsinin 88-ci
ayəsində buyurulur: «
Dostları ilə paylaş: