Sual 25:
Ühüd döyüşündə müsəlmanlar nə üçün
məğlub oldular?
Cavab:
İslam tarixindən məlumdur ki, Bədr döyüşündə
müsəlmanlara məğlub olan Qüreyş tayfasından 70 nəfər
öldürüldü. Əbu Süfyan qəzəbləri soyumasın, deyə qadınları
ağlamağa belə qoymadı. Qüreyş «intiqam»
deyə fəryad
çəkirdi.
Həzrət Peyğəmbərin (s) əmisi Abbasdan Qüreyşin
növbəti dəfə Mədinəyə hücumu barədə məktub aldı.
Peyğəmbər (s) Mədinə əhlini toplayıb, onlarla
məsləhətləşmə apardı. Müsəlmanlardan bir qrupu düşmən
qoşununun
gücünü nəzərə alaraq, şəhərdən çölə
çıxmamağı, Qüreyşlə Mədinənin dar küçələrində
döyüşməyi təklif etdilər.
Amma Səd ibni Məaz da daxil
olmaqla, döyüşgən cavanlar bunu özlərinə sığışdırmayıb,
Mədinədən çıxmağı israrla təkid etdilər. Həzrət Peyğəmbər
(s) Mədinədən çıxmağa meyilli olmasa da, çoxluğun
təklifini qəbul etdi.
Döyüş başladı və müsəlmanlar
bir güclü həmlə ilə
düşmən qoşununu geri oturtdular. Qüreyşin tam məğlub
olduğunu zənn edən müsəlmanlar, yanılmışdılar.
Müsəlmanların arxayınlaşmasından
istifadə edən düşmən,
əks hücuma keçərək, Ühüd döyüşündə qələbə qazandı.
Bu döyüşdə müsəlmanların məğlubiyyətinin dörd əsas
səbəbi vardır:
1. İslamı təzə qəbul edənlərdən bir hissəsi Allahın qeybi
yardımlarından arxayınlaşaraq, lazımı döyüş hazırlığı
görməmişdilər.
2. Həzrət Peyğəmbərin (s), oxatanların səngərdə
qalmasına dair verdiyi əmrə itaətsizlik göstərildi.
3. Müsəlmanlardan bir hissəsi düşməni təqib etmək
əvəzinə, silahı yerə qoyub, qənimət ardınca qaçdı.
22
4. Əvvəlki Bədr döyüşündəki qələbədən arxayınlaşan
müsəlmanlar, Ühüd döyüşündə düşmənin gücünü düzgün
qiymətləndirməmişdilər.
Dostları ilə paylaş: