Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri


Hər bir ümmətin əcəl vaxtı vardır. Onların əcəli gəlib



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə19/116
tarix16.12.2022
ölçüsü0,81 Mb.
#121220
1   ...   15   16   17   18   19   20   21   22   ...   116
170 suala cavab

Hər bir ümmətin əcəl vaxtı vardır. Onların əcəli gəlib 
çatdıqda, bircə saat belə nə yubanar, nə də tezləşər
»
2
.
Sual 31:
Peyğəmbərliyə nə üçün mələk seçilmədi?
Cavab:
Həzrət Peyğəmbər (s) və onun gətirdiyi 
ayinlərə müxalif olanlar, öz çirkin məqsədlərinə çatmaq 
üçün min bir bəhanə gətirir, bütün vasitələrə əl atırdılar. Bu 
bəhanələrdən biri də, peyğəmbər olaraq mələk yox, insanın 
seçilməsindən doğan narazılıq idi. Hansı ki, həzrət 
Məhəmmədin (s) peyğəmbərliyinə kifayət qədər dəlil var 
idi. İkinci bir tərəfdən, belə bir etiraz təkcə həzrət 
Məhəmmədə (s) qarşı yox, bütün peyğəmbərlərə qarşı 
yönəlmişdi və olduqca yersiz görünürdü.
Bəs Qurani-kərimdə bu barədə nə deyilir? «Ənam» 
surəsinin 8-ci ayəsində Allah-təala buyurur: «
Əgər biz elə 
bir mələk göndərsəydik, iş bitmiş olar və iman 
gətirməyənlərə bir an belə möhlət verilməzdi
». 
Maraqlıdır, nə üçün möhlət verilməzdi? Cavab çox 
sadədir: Allah-təala insanı əzaba düçar etməzdən əvvəl
ona xəbərdarlıq edir. Xəbərdarlıq həm söz, həm də gözlə 
ola bilər. Məsələn, bir insana «ovcumda qızıl olduğuna 
inanmasan, səni cəzalandıracağam» deyirsən. Bu sözlə 
xəbərdarlıqdır. Gözlə xəbərdarlıq odur ki, ovcundakı 
qızılın bir tərəfini o şəxsə göstərəsən. Sözlə xəbərdarlığa 
məhəl qoymayan insana düşünmək üçün möhlət vermək 
olar. Amma gözü ilə gördükdən sonra inanmayan şəxsə 
möhlət vermək üçün heç bir əsas yoxdur. Peyğəmbər 
olaraq mələk göndərilməsi, qeybin aşkarlanması və gözlə 
görünən son xəbərdarlıqdır. Allah-təala isə, insanı əql 
mülkü ilə mükafatlandıraraq, onu üstün etmişdir. 
2
«Əraf» surəsi, ayə 34.
27


Heyvanlar da gördüyünü hiss edir, duyur. İman isə, 
zahir gözü ilə gördüyünə yox, bəsirət gözü ilə gördüyünə 
inanmaqdır. Növbəti ayədə oxuyuruq: «Əgər biz onu 

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin