Sual 38:
İnsan heyvana çevrilə bilərmi?
Cavab:
«Əraf» surəsinin 166-cı ayəsində buyurulur:
«
Qadağan olunmuş işə saymazyana münasibət
bəslədikləri vaxt, onlara əmr etdik: «Zəlil meymunlara
dönün!
».
Müxtəlif ayələrdən məlum olur ki, yolunu azmış
tüğyançı tayfaları Allah-təala müxtəlif cür cəzalandırır.
Yuxarıdakı ayə, bir qrup azğın insanın cəza olaraq heyvana
döndərildiyini xəbər verir. Burada insanın ruhən, yoxsa
cismən heyvanlaşmasından söhbət gedir.
Elmi nöqteyi-
nəzərdən insanın cismən heyvana dönməsi qeyri-
mümkündür. Həyat şəraitinin dəyişməsi təsiri altında,
orqanizmdə yeni bioloji əlamətlər yarana bilər. Mutasiya
adlanan
bu dəyişmə, orqanizmi qismən dəyişə bilər.
Demək, insanın heyvana çevrilməsi, yalnız möcüzə yolu ilə
mümkündür.
Amma təfsirçilərin kiçik bir hissəsi bu fikirdədirlər ki,
uyğun ayədə söhbət ruhən heyvanlaşmadan gedir. Onlarla
razılaşmayan əksər təfsirçilər,
belə bir hadisənin təkamül
qanununa zidd olduğunu aşkar edirlər. Onlar bildirirlər ki,
təkamül qanunu, təkamül prosesini keçən orqanizmə
aiddir. Hansı ki, həyatda istisnalar vardır. Məsələn,
yaşıdları inkişafda olan bir yeniyetmə, hansısa
bir xəstəlik
ucbatından cılızlaşa bilər.
Rəvayətlərdən aydın olur ki, həmin heyvana
döndərilmiş insanlar, yalnız bir neçə gün yaşaya bildilər.
Əgər
nəzərə alsaq ki, təkamül prosesinə uyğun gəlməyən
bütün hadisələr davamsız olur (məsələn, iki başlı insan və
heyvanlar çox az yaşayır), demək qəzəbə düçar olmuş
həmin insanlar cismən meymuna döndərilmişlər.
33