Yuxarıda deyilənlərdən aydın olur ki, Quran
oxunduğunu eşidən zaman, susmaq çox bəyənilmiş bir
işdir.
Bununla belə susmaq, vacib deyildir. İslami
mənbələrdə belə bir mülahizə də vardır ki, cəmiyyət
namazında iqtida edənlərin namazın birinci və ikinci
rəkətlərində qiraət zamanı sakit dayanması uyğun ayədəki
göstərişə əsaslanır.
Amma bu halda da, susmaq vacib
deyildir (İqtida edən şəxs astadan zikr edə bilər).
Sual 43:
İmanlı insanda hansı xüsusiyyətlər olmalıdır?
Cavab:
Quran ayələri və Əhli-beyt hədislərində
möminlərə məxsus bir çox sifətlər sadalanır. Biz yalnız
«Ənfal» surəsində qeyd edilmiş sifətlərdən danışacağıq:
«
Möminlər yalnız o kəslərdir ki, Allahın adı çəkiləndə
ürəkləri qorxudan titrəyər
».
Həqiqi möminlərdə üç mənəvi
və iki əməli keyfiyyət
olur. Üç mənəvi xüsusiyyət məsuliyyət hissi, imanın
təkamülü və təvəkkülüdür. Demək, mömin insan Allah
qarşısında məsuliyyət
hiss edir və onun buyurduğu
vəzifələrdə səhlənkarlıq göstərmir.
Möminlərin ikinci mənəvi xüsusiyyəti odur ki, Allahın
ayələri oxunduğu zaman imanları artar.
Təkamül bütün dirilərə məxsus olan xüsusiyyətdir.
Əgər insanın qəlbində iman ölməmişsə, o inkişaf etməlidir.
Diri iman isə, yalnız həqiqi möminlərin qəlbində olur.
Möminlərə məxsus üçüncü sifət, onların yalnız Allaha
təvəkkül etməsidir. Onların
düşüncələri o qədər uca və
genişdir ki, zəif təbiətli insan nəslinə güvənməzlər.
Möminlərin əməli xüsusiyyətləri haqqında belə
buyurulur: «Namaz qılar və verdiyimiz ruzidən sərf
edərlər». Aydın olur ki, həqiqi möminlərin həm Allah, həm
37
də cəmiyyət qarşısında əməli vəzifələri vardır: ibadət və
xalqa yardım!
Dostları ilə paylaş: