başqalarına əl tutmaqdan çəkindirər. Qorxaq mühüm
işlərin yerinə yetirilməsinə mane olar. Tamahkar isə,
var-dövlət və vəzifə qazanmaq xatirinə, zülmə
mərhəmət donu geyindirər
»
1
.
İslam dinində məsləhət
istəyən adama xəyanət edib
səhv yol göstərmək, böyük günahlardan hesab olunur.
Bilmədiyin bir işdə, hətta
qeyri-müsəlmana məsləhət
vermək böyük günahdır.
İmam Səccad (ə) buyurur: «
Səndən məsləhət istəyənə
bildiyin işlərdə məsləhət verməli, bilmədiyin
məsələlərdə onu bilən şəxsin yanına göndərməlisən.
Məsləhət
aldığın
adamı,
könlünə
yatmayan
məsləhətinə görə, qınamamalısan
»
2
.
Sual 4:
Adəmin övladları kiminlə evləndi?
Cavab:
«Nisa» surəsi bu ayə ilə başlayır: «
Sizi tək bir
şəxsdən xəlq edən, ondan zövcəsini yaradan və
onlardan da bir çox kişi və qadınlar törədən
Rəbbinizdən qorxun
».
İslam düşmənlərinin fəaliyyət istiqamətlərindən biri də,
mübahisə doğura biləcək dini məsələri savadsız
müsəlmanlar arasında qızışdırmaqdır. Yuxarıdakı ayə,
dinini sevən insana kifayət qədər mə´lumat verir. Buna
baxmayaraq, İslam alimləri
ayə və hədislərə əsaslanaraq,
şübhə doğracaq bütün məsələlərə aydınlıq gətirirlər.
Bir qrup alimin fikrinə görə, Adəmin övladları
Adəmdən əvvəlki insan nəslinin qalıqları ilə evlənmişlər.
Rəvayətlərə görə, Adəm yer üzündə heç də ilk insan
olmayıb. Elm də bu fikri təstiqləyir.
Qədim insan
məskənlərində aparılan tə´diqatlar göstərir ki, yer üzündə
1
«Nəhcül-bəlağə».
2
Təfsiri Nurus-səqəleyn, 1-ci cild, səh. 405.
5
həyat milyonlarla il bundan əvvəl başlamışdır. Hansı ki,
Adəmin, yaranışından elə də böyük zaman keçməmişdir.
Təbii ki, həmin nəsil Adəmin yaranış zamanında
öz son
günlərini yaşayırdı. Adəmin övladlarının həmin insanlarla
evlənməsi tam məntiqə uyğundur.
Dostları ilə paylaş: