Cavab:
Qurani-kərimdə buyurulur: «
Yəhudilər
«Üzeyir Allahın oğludur ... dedilər
»
3
.
Rəvayətlərdən
məlum olur ki, Üzeyir yəhudi
cəmiyyətinə
böyük
xidmətlər
göstərmiş
din
başçılarındandır. Babil padşahının
yəhudilərə divan
tutduğu bir zamanda onlara böyük xidmətlər göstərən,
vətənlərinə qayıtmasına
nail olan, yandırılmış Tövratı
yenidən, qismən bərpa edən, məhz Üzeyirdir.
Yəhudilər Üzeyiri bu xidmətləri müqabilində «Allahın
oğlu» adlandırmağa başladılar. Onlar Üzeyirə bu adı
hörmət mənasında verdiklərini iddia etsələr də, əslində,
Allaha şərik qoşmuşdular.
İslam Peyğəmbəri (s) yəhudilərə sual verəndə ki, Musa
Üzeyirdən daha əvvəl və daha çox xidmət etdiyi halda ona
nə üçün belə bir ad verməmisiniz, yəhudilər susdular
2
.
İlk əvvəl Üzeyir hörmət əlaməti olaraq «Allah oğlu»
adlandırılsa da, bir müddət sonra avamlar onu həqiqətdə
Allah oğlu kimi qəbul etməyə başladılar. Müasir dövrdə
yəhudilər arasında belə
bir əqidə nəzərə çarpmasa da,
Üzeyirin yəhudilər tərəfindən uyğun ləqəblə çağırılması,
tarixi gerçəklikdir.
Dostları ilə paylaş: