çıxan Əbuzər haqqında xəlifə məktub aldı. Müaviyə yazırdı:
«Əgər Şama ehtiyacın varsa, Əbuzəri geri qaytar. O burada
qalsa, Şam əlindən çıxacaq».
Osmanın göstərişi ilə qəddar məmurların nəzarəti
altında
nəfəs dərmədən, gecə-gündüz yol gələn Əbuzər,
Mədinəyə çatanda artıq xəstələnmişdi. Xəlifənin son qərarı
bu oldu ki, Əbuzər Rəbəzə çölünə sürgün edilsin.
Peyğəmbərin (s) susuz səhraya
sürgün edilən sevimli
səhabəsi, oradaca dünyasını dəyişdi.
Sual 55:
Fəqirlə miskin arasında fərq varmı?
Cavab:
Təfsirçilərin fikirincə fəqir o şəxsdir ki,
dolanışıq çətinliyi olsa da, işsiz deyil və kimsəyə ağız açmır.
Miskin isə, böyük ehtiyac içində olan işsiz bir insandır və bu
səbəbdən də, ağız açmağa məcburdur.
Miskin sözünün
lüğəti mənası, fəqirliyin təsirindən dayanmış kəsdir. Bu
məna Qurani-kərimdə də təsdiq olunur. «Bələd» surəsinin
16-cı ayəsində «torpağa sərilmiş miskin»
ifadəsi ilə
rastlaşırıq. Müxtəlif ayələrdə miskinin doyurulması
haqqında verilən göstərişlər bir daha sübut edir ki,
miskinlər hətta bir qarın çörəyə möhtac olan aclardır.
Hansı ki, fəqir dedikdə, maddi çətinliyə düşmüş, lakin
heç zaman kimsəyə
əl açmayan insanlar nəzərdə
tutulmalıdır. Belə şəxslər haqqında «Bəqərə» surəsinin 273-
cü ayəsində buyurulur: «
Dostları ilə paylaş: