Sual 56:
Zəkat nədir?
Cavab:
İslam təkcə etiqad
və əxlaq məsələləri ilə
məşğul olan məktəb deyildir. Bu din öz ardıcıllarının
mənəvi sağlamlığını təmin etməklə yanaşı, onların iqtisadi
problemlərini də həll edir. İlkin İslam dövründən
başlayaraq, bu günə qədər ehtiyaclı
təbəqənin mənafeləri
müdafiə olunmuşdur. həmin təbəqənin ehtiyaclarının
ödənilməsi üçün nəzərdə tutulan ən mühüm tədbirlərdən
biri, zəkatdır.
Şəksiz ki, bütün cəmiyyətlərdə iş qabiliyyətini itirmiş
şəxslər, xəstələr, yetimlər, əlillər mövcuddur. Bu insanların
himayəyə ehtiyacı vardır. Əgər cəmiyyətdə zəkat ödəməyə
vəzifəli olan imkanlılar
uyğun vergini ödəyərlərsə,
ehtiyaclıların ətrafdakılara əl açmasına lüzum qalmaz.
İmam Sadiq (ə) buyurur: «
Bütün xalq malının zəkatını
ödəyərsə, bir dənə də olsun fəqir müsəlman qalmaz.
İnsanlar yalnız varlıların günahından ac, çılpaq, evsiz-
eşiksiz qalır
»
1
. Elə bu səbəbdən də, İslamda zəkat
vacib
buyurulmuşdur: «
Onların mallarından zəkat al
»
2
.
Lakin zəkat hamı üçün vacib deyildir. Zəkatı vacib
edən, zəkat veriləcək şeyin miqdarının «nisab» deyilən
həddə çatmasıdır. On şey nisab həddinə çatdıqda, zəkat
verilməlidir: dəvə, inək, qoyun, buğda, xurma, arpa, kişmiş,
qızıl, gümüş, fitrə (bədənin zəkatı).
Məsələn,
beş dəvəyə bir qoyun, otuz inəyə bir baş iki
yaşa girmiş dana, qırx
qoyuna bir qoyun zəkat
ödənilməlidir. Say artıqca, zəkatın miqdarı dəyişə bilər.
Məsələn, qoyunun sayı üç yüz biri aşarsa, hər yüz
qoyundan biri zəkat verilir.
1
«Vəsailuş-şiə», 6-cı cild səh. 4.
2
«Tövbə» surəsi, ayə 103.
50