Sual 57: Çətin saatda şəkk-şübhənin çarəsi nədir?
Cavab: İnsanın Allah dərgahına yaxınlaşmasından,
kamilliyə yetişməsindən narahat olan şeytanın ən qorxulu
silahı, şəkk-şübhə yaratmaqdır. Allah, həqiqət, ədalət
sevgisi ilə çırpınan ürəyi, yalnız bu yolla məbudundan
döndərmək olar.
Bütün insanlar seçdikləri məqsədə doğru hərəkət
zamanı çətinliklərlə üzləşirlər. Uyğun çətinliklər qarşısında
yalnız qələbəyə inam hissi ilə dayanmaq olar. Şəkk-şübhəyə
düşüb, haqq yolda olduğuna və bu yoldakı uğura inamını
itirən insan, məhvə məhkumdur. Bəs çarə nədir? Təbuk
döyüşünü yada salaq.
Təbuk döyüşündə üzücü çətinliklərlə qarşılaşan
müsəlmanlardan bir hissəsi geri dönmək qərarına gəldilər.
Peyğəmbərə (s) yaxın müsəlmanlardan olan Əbu Heysəmə
də evə qayıdanlardan idi.
Bu hadisədən on gün keçmiş qabağında sərin su,
ətrafında xoş rəftarlı arvadları bir kölgədə istirahət edən
Əbu Heysəmə qəfildən dərin fikirə getdi. Düşündü ki, heç
bir günahı olmayan Peyğəmbər (s) isti qumlar üstə,
çiynində silah durduğu halda, onun bu kölgədə istirahət
etməsi insafdan deyil. Cəld ayağa qalxıb, dəvəsinə minərək
yola düşdü. Təbuka yaxınlaşan süvarini görən həzrət
Peyğəmbər (s) «Ey süvari, Əbu Heysəmə olsan, nə
yaxşıdır»,-deyə buyurdu və onun haqqında dua etdi.
Əbu Heysəmə münafiq deyildi. Sadəcə, süstlük
ucbatından batilə meyl etmişdi. Amma ruhi hazırlığına
görə, Allah-təala onun diqqətini həqiqətə yönəltdi. «Tövbə»
surəsinin 117-ci ayəsində buyurulur: «
Allah çətin saatda bir qisminin ürəyi dönmək üzrə ikən, Peyğəmbərə (s) onun ardınca gedən mühacirlərə və ənsara tövbə nəsib etdi ».
51
Sual 58: Quran riyakar insana necə təsir göstərir?