Bəs nə üçün Yəqub peyğəmbər oğlu Yusifə görə gözləri
kor olanadək ağladı? Nə üçün başqalarına ağlamamağı
tövsiyə edən İslam Peyğəmbəri (s), oğlu İbrahimi itirdiyi
zaman göz yaşları axıtdı? Həzrət Peyğəmbər (s) bu sualın
cavabında buyurur: «
Göz ağlayır, qəlb pərişan olur,
amma dilimə Allahı qəzəbləndirəcək bir söz gəlmir
»
1
.
İnsanın sinəsikdəki daş yox, qəlbdir. Ağlamaq təbiidir.
Gözdən yaş gəlməsi yox, Allahı qəzəbləndirəcək söz
deyilməsi eyibdir.
Sual 74:
Misir padşahı, Yusifə eşq elan etmiş arvadını
nə üçün cəzalandırmadı?
Cavab:
Qurani-kərimdə
buyurulduğu kimi, qardaşları
Yusifi səhraya aparıb, orada onu bir quyuya atdılar. Yoldan
keçən karvan əhli Yusifi tapıb, Misir padşahının vəzirinə
satdı. Nəhayət, padşahın evində yerləşən Yusif, onun
arvadının xəyanətkar hərəkətləri ilə üzləşdi.
Yusifə meyl
salmış qadın, onu yoldan çıxara bilmədiyini görüb, böhtana
əl atdı. Lakin Misir padşahı Yusifin günahsızlığını və
arvadının xəyanətkarlığını gözəl anlayırdı. Bununla belə,
arvadını cəzalandırmaqdan vaz keçib,
Yusifi zindana
saldırdı.
Padşahın arvadının xəyanətkarlığı bütün ətrafdakılara
məlum olduğu halda, ixtiyar sahibi olan ərinin onu
cəzalandırmaması ilk baxışdan təəccüb doğurur. Belə böyük
bir xəyanət qarşısında Misir padşahı
bir cümlə deməklə
kifayətlənir: «
Dostları ilə paylaş: