Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri


Ey arvad, bağışlanmanı dilə, çünki



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə49/116
tarix16.12.2022
ölçüsü0,81 Mb.
#121220
1   ...   45   46   47   48   49   50   51   52   ...   116
170 suala cavab

Ey arvad, bağışlanmanı dilə, çünki, 
həqiqətən, günah edənlərdənsən
»
2

Bəzi təfsirçilər padşahın rüsvay olmaq qorxusundan bu 
xəyanəti açıb-ağartmadığını səbəb göstərsələr də, əksər 
1
«Biharul-ənvar», 22-ci cild, səh.157.
2
«Yusif» surəsi, ayə 29.
67


təfsirçilərin göstərdiyi ikinci səbəb, daha məntiqə 
uyğundur. Onların fikirincə, axirət dünyasına etiqadsız 
zalım başçılar, zahirdə özlərini qeyrətli-namuslu göstərsələr 
də, əsl həqiqətdə, onların xarakterində belə xüsusiyyətlər 
yoxdur. Dünya nemətlərinə görə millətə zülm edən, millətin 
qızlarının iffətini düşünməyən başçıların qeyrətli olduğunu 
zənn etməyə heç bir əsas yoxdur!
Züleyxa gözəl idi və Misir padşahı onun xəyanətini 
gözəlliyinə bağışlamışdı. Məhz onun bu rəftarı səbəbindən, 
Züleyxa hətta xəyanəti açıldıqdan sonra belə, Misirin varlı 
qadınlarına öz eşqi barədə açıq-aşkar danışırdı.
Sual 75:
Allahın kölgəsində olmaq nə deməkdir?
Cavab:
Sözsüz ki, «Allahın kölgəsi» ifadəsi məcazi 
məna daşıyır. İnsan çətinliklər, gözlənilməz üzücü hadisələr 
zamanı, yalnız Allaha sığınmalı və ondan yardım 
diləməlidir. Allahın lütfü olmadan hər hansı çətinlikdən 
qurtulmuş qeyri-mümkündür. Allah-təalanın lütfünə bu 
sayaq dərin bağlılıq, insanı əbədi səadətə çatdırır. Dünya 
həyatı boyu Allahın lütfündən faydalanan insan haqqında 
məcazi olaraq, «bu şəxs Allahın kölgəsidir», deyirlər.
Həzrət Peyğəmbər (s) bir hədisdə belə buyurur: «
Yeddi 
dəstə insanı Allah-təala öz ərşinin kölgəsində 
yerləşdirmişdir (O zaman ki, onun kölgəsindən başqa 
kölgə yoxdur): ədalətli rəhbər; ömrünün əvvəlindən 
Allaha bəndəlik etmiş gənc; qəlbi Allahın ibadətgahına 
bağlı olan və hər zaman ora dönmək barədə düşünən 

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin