Rəvayətlərdə
nəql olunur ki, behiştin müxtəlif adlı
qapıları vardır. Bu qapılardan biri «mücahidlər qapısıdır».
Bu qapıdan din yolunda vuruşmuş mücahidlərin behiştdə
daxil olacağı və mələklərin onları salamlayacağı bildirilir.
İmam Sadiq (ə) buyurur: «
Behiştin səkkiz qapısı
vardır və onlardan hər biri eni qırx illik yol
uzunluqdadır
». Hədisdən aydın olur ki, behişt qapısı
bizim düşündüyümüz qapı anlamında deyildir.
«Hicr» surəsinin 44-cü ayəsində cəhənnəmin yeddi
qapıya malik olması bilindirməklə,
səadətə daha çox yol
olduğuna işarə vurulur.
Dostları ilə paylaş: