Maraqlıdır ki, bütün bu nemətlər təqvalı insanlara vəd
edilir. Amma bu nemətlər haqqında eşidib, öz günahlarına
peşman olan insanlar da məyus edilmir. Allah-təala
Qur~anda belə buyurur: «
Qullarıma xəbər ver ki, Mən,
həqiqətən, bağışlayan və rəhm edənəm
»
1
.
Sual 93:
Qurani-kərimdə zeytun, xurma və üzümün adı
nə üçün xüsusi qeyd edilir?
Cavab:
«Nəhl» surəsinin 11-ci ayəsində buyurulur:
«...Sizin üçün əkin, zeytun, xurma, üzüm və bütün
meyvələrdən yetişdirir
».
Nə üçün ayədə zeytun, xurman
və üzümün adı xüsusi çəkilir?
Bəziləri həmin dövrdə ərəbistanda bu meyvələrin geniş
yayıldığını səbəb göstərirlər. Lakin Quran hökmləri zaman
və məkanla məhdudlaşmadığından, həmin fikir qəbul edilə
bilməz.
Həyatını bağçılığa sərf etmiş böyük alimlərin fikirincə,
meyvələr arasında bu üç meyvə qədər qidalısı yoxdur.
İnsan orqanizmi üçün zeytun yağı qədər faydalı
ikinci bir
yağ məlum deyil. Bu yağ orqanizmin enerji ehtiyaclarının
ödənməsində olduqca mühüm rol oynayır. Əksər yüksək
kalorili
yağlar çətin həzm olunursa, zeytun yağı həzm
prosesinə kömək edir. Həzrət Əli ibn Musa ər-Riza (ə)
buyurur: «
Dostları ilə paylaş: