Xurma, əsəb yorğunluğunu aradan qaldırır,
görmə
qabiliyyətini artırır. Son dövrdə aparılan araşdırmalara
əsasən, xurmanın çox yeyildiyi məntəqələrdə xərçəng
xəstəliyinə az təsadüf olunur.
Üzümü «təbii əczaxana» adlandırırlar. Xüsusiyyətlərinə
görə, ana südünə oxşar olan
ətdən iki dəfə çox bədənin
hərarətini artırır. Üzüm zəhəri təsirsizləşdirir, qanı
saflaşdırır, revmatizmi aradan qaldırır
və güclü
mikroböldürücü təsir göstərir. Həzrət Peyğəmbər (s)
buyurur: «
Sizin üçün ən yaxşı təam çörək, ən yaxşı
meyvə isə üzümdür
».
Sual 94:
«Zikr əhli» kimdir?
Cavab:
«Nəhl» surəsində «bilmədiyinizi
zikr əhlindən
soruşun» buyurduğunda, kimə müraciət olunması nəzərdə
tutulur?
İmam Əli ibn Musa ər-Riza (ə) buyurur: «
Zikr əhli
bizik və bizdən də soruşmalısınız
». İmam Baqir (ə):
«
Zikr Quran, zikr əhli isə, Peyğəmbərin (s) Əhli-
beytidir. Onlardan da soruşmaq lazımdır
»
1
.
İbn Abbas uyğun ayənin təfsirində deyir: «Zikr əhli
Məhəmməd, Əli, Fatimə, Həsən və Hüseyndir».
Zikrin mənası agahlıq və xatırlama
olduğundan, bu
sözün Qurani-kərimə aid edilməsi tam məntiqəuyğundur.
Quran zikr hesab olunduğu təqdirdə, Peyğəmbər (s) və
onun əhli-beytinin (ə) zikr əhli olması inkaredilməzdir.
Təəccüblü də olsa, bəziləri «zikr əhli»ni «kitab əhli»
kimi tərcümə etmişdir. İmam Əli ibn Musa ər-Riza (ə) «zikr
əhli» ifadəsini yəhudi və məsihi alimlərinə aid edənlərə belə
buyurur: «
Dostları ilə paylaş: