Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri


Bu nə halətdir sizdə görürəm?! Allah-təala



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə65/116
tarix16.12.2022
ölçüsü0,81 Mb.
#121220
1   ...   61   62   63   64   65   66   67   68   ...   116
170 suala cavab

Bu nə halətdir sizdə görürəm?! Allah-təala 
qoxulamaq üçün mənə bir çiçək verib. Əgər onun 
ruzisinə görə qəmginsinizsə, ruzisini Allah yetirəcək
»
1

Digər bir hədisdə Həzrət (s) buyurur: «Qız nə gözəl 
övladdır! Məhəbbətli, köməkçi, munis, pak, həm də 
pak edən
»
2
.
Həmin dövrdə qız, qadın haqqında bu sayaq sözlər 
demək, yalnız Allahın lütfü ilə mümkün olurdu. Peyğəmbər 
(s) qızı Fatimənin əlini öpəndə, hətta yaxınları belə 
təəccüblənərdi.
Bəli, İslam zühur etdi və qadın şəxsiyyətini alçaldan 
bütün ənənələrə son qoyuldu. İslam qanunları ilə yaşayan 
qadın, həzrət Fatimənin (ə) timsalında ən azad qadındır. 
İslam qadını oyuncağa, eyş-işrət vasitəsinə çevirənlərin 
ağzından vurub, ona şəxsiyyət azadlığı verdi. 
Bu gün dünya istismarçıları qadına «hicabını at, azad 
ol», deyirlər. Əsil azadlıq isə bədən yox, şəxsiyyət 
azadlığıdır. Əgər çılpaqlıq azadlıqdırsa, heyvanlara həsəd 
aparmığımız gərəkdir! İslam dini isə, məhz şəxsiyyətini 
qorumaq üçün qadına çay daşı tək çılpaqlığı yox, qiymətli 
dürr kimi sədəfdə örtünməyi tövsiyə etdi. İslam «behişt 
ananın ayaqları altdadır» deməklə, qadını heç zaman 
görünməmiş bir məqama yüksəldib, ona mülkiyyət, seçib-
seçilmək, ictimai-siyasi proseslərə qatılmaq hüququ verdi.
Sual 96:
Süd necə yaranır?
Cavab:
İnsanın ixtiyarına verilmiş dəyərli ilahi 
nemətlərdən biri də süddür. Qurani-kərimdə buyurulur: 
1
«Vəsailüş-şiə», 15-ci cild, səh.104.
2
«Vəsailüş-şiə», 15-ci cild, səh.100.
87


«
Şübhəsiz ki, mal-heyvanda sizin üçün bir ibrət vardır. 
Biz onların qarınlarındakı qanla ifrazat arasında olan 
təmiz südü sizə içiririk
»
1
.
Bətnində körpə olan ana qidalanır və bu qidaların təsiri 
qanda özünü büruzə verir. Qan dövranı sisteminin çıxışı, 
körpəni («cənin») qan dövranı sistemi ilə əlaqələnir. Körpə 
nə qədər ki, ana bətnindədir, bu yolla qidalanır. Uşaq 
doğulduqdan sonra anadakı körpəni qidalandırma çıxışı, 
onun döşünə ötürülür. Ananın yedikləri tam həzm olmamış 
bir növ qida ilə qan arasında süd yaranır. Süd nə həzm 
olmuş qida, nə də qandır. Ana döşündə proteinli süd 
hazırlanarkən, əlavə olaraq yalnız bədəndəki turşulardan 
istifadə 
olunur.
Hazırlanan 
südün 
tərkibindəki 
vitaminlərin, duzun, fosfatın, şəkərin qandan götürüldüyü 
məlumdur. Süd qida maddələrinin qan vasitəsi ilə 
sorulmasından yaranır.
Elmi hesablamalara əsasən, ana döşündə bir litr südün 
hazırlanması üçün ən azı beş yüz litr qan bu üzvdən dövr 
etməlidir. Hansı ki, bir litr qanın yaranması üçün bu qandan 
qat-qat artıq qida qəbul olunmalıdır. Demək, ana döşündə 
gedən proseslərin mahiyyəti, hələ də elm üçün qaranlıqdır. 
Həzrət Peyğəmbər (s) buyurur: «

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin