«
O arıların qarınlarından insanlar üçün şəfa olan
müxtəlif rəngli bal çıxar
»
1
.
Maraqlıdır ki, istəklər təkcə bal arısı yox, bütün
heyvanlara ilha olunduğu halda, nə üçün ayədə yalnız bal
arısının adı çəkilir? Hal-hazırda bal arısının həyatının
alimlər tərəfindən ətraflı şəkildə öyrənilməsi belə bir
nəticəyə gəlməyə əsas verir: bal arısının ailəsindəki
mədəniyyət
və ictimai nizam, bəşəriyyət üçün bir
nümunədir.
Bal arısının altı guşəli xanalardan ibarət qurduğu ev,
hələ də mühəndisləri heyran edir.
Uyğun mənzili təşkil
edən xanaların altı guşəli olması ona xüsusi möhkəmlik
verir. Bal arısı ailəsində çox ciddi əmək intizamı hökm
sürür. Öhdəsində olan işi yerinə yetirə bilməyən üzv
yuvanın qapısındakı nəzarətçilər tərəfindən geri qaytarılır.
Bəs bu ciddi intizamın nəticəsi nədir? Həzrət Peyğəmbər (s)
buyurur: «
Hər kəs ayda bir dəfə bal yeyib, Allahdan
Quranın vəd etdiyi şəfanı istəsə, Allah-təala onu 77 növ
xəstəlikdən qoruyar
»
2
.
Ciddi nizamın və ağır zəhmətin nəticəsi olan bal, heç
vaxt keyfiyyətini itirib zay olmur. Alimlərin fikirincə bunun
səbəbi, balın tərkibində güclü mikroböldürücü kalsiumun
çoxluğudur. Bal ürək ağrısından tutmuş mədə yarasınadək,
əksər xəstəliklərin dərmanıdır.
Bal arısı və onun
istehsal etdiyi bal o qədər
əsrarəngizdir ki, bu mövzunun dərinliyinə getmək kitabın
imkanlarından xaricdir.
Sual 98:
İnsana həqiqəti anlamaqda mane olan nədir?
1
«Nəhl» surəsi, ayə 69.
2
«Səfinətül-bihar», 2-ci cild, səh. 190.
89
Cavab:
Həqiqət nə qədər aşkar görünsə də, onu kor
gözlə görmək mümkün deyil. Həqiqəti tanımaq üçün onun
aşkar görünməsi nə qədər zəruridirsə, görən gözə də bir o
qədər ehtiyac vardır. Axı kor, günəşin işığını
necə görə
bilər?!
İnsanın həqiqəti tanımasına mane olan yanlış
mühakimələr, nəfs istəklərinə tabeçilik, kor-koranə
tərəfbazlıq, təkəbbür və bu kimi başqa mənfi təzahürlərdir.
Ruh çirkləndikcə, həqiqəti dərk etmək də çətinləşir.
Bir hədisdə buyurulduğuna görə, əgər şeytanlar Adəm
övladının qəlbini dövrəyə almasaydılar, insanlar fəzanın
dərinliklərini seyr edə bilərdilər.
Bəs şeytanlardan necə
qurtulmalı? Qurani-kərimdə buyurulur: «
Dostları ilə paylaş: