Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri


Sual 104: Məryəm nə üçün Allahdan ölüm istədi? Cavab



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə70/116
tarix16.12.2022
ölçüsü0,81 Mb.
#121220
1   ...   66   67   68   69   70   71   72   73   ...   116
170 suala cavab

Sual 104:
Məryəm nə üçün Allahdan ölüm istədi?
Cavab:
Bəşəriyyət tarixində bir insan əli toxunmadan, 
bakirə ikən hamilə olmuş yeganə qadın İsa peyğəmbərin (ə) 
anası Məryəmdir.
Cahil insanların dedi-qodusundan qorxan Məryəm 
haqqında Qurani-kərimdə belə buyurulur: «
Doğum sancısı 
onu bir xurma ağacının gövdəsinə söykənməyə məcbur 
etdi. Məryəm dedi: «Kaş ki, mən bundan əvvəl ölüb 
95


qurtaraydım və ya tamamilə unudulub getmiş 
olaydım
»
1
.
Həmin qısa müddətdə üzücü çətinliklərlə üzbəüz gələn 
Məryəm üçün həyat zəhərə dönmüşdü. Şərəf və ləyaqətini 
qorumaq onun üçün heç də asan deyildi. Məryəm elə 
düşünürdü ki, bu uşaq doğulan kimi cəmiyyət qarşısında 
rüsvay olacaq. Hansı ki, Məryəm üçün paklıq həyatından 
üstün idi. Allahdan ölüm istəmək batil bir iş olduğu halda, 
Məryəmin öz iffətini qorumağa xatir atdığı bu addım 
bağışlana bilərdi. 
Öz sevimli bəndəsini çətinliklərlə sınağa çəkən Allahın 
bu bəndə üçün qarşıda hansı açılışlar hazırladığını ağlına 
gətirməyən insan, bəzən dözümsüzlük göstərir.
Bəziləri Məryəmin başına gələnlərə şübhə edib, 
«Möcüzə yalnız peyğəmbərlərə və imamlara aiddir», 
deyirlər. Onlar unudur ki, Məryəmin başına gələnlər, 
bilavasitə İsa peyğəmbərlə (s) bağlı idi. Bundan əlavə, 
möcüzədən başqa «kəramət» deyilən bir qeyri-adilik də var. 
Allah-təala 
istədiyi 
mömin 
bəndəni 
bu 
sifətlə 
mükafatlandırır.
Sual 105:
Möminlər cəhənnəmi görəcəkmi?
Cavab:
Allah-təala buyurur: «
Sizdən elə bir kəs 
olmaz ki, cəhənnəmə varid olmasın. Bu Rəbbinin 
buyurduğu vacib bir hökmdür
»
2
.  Əksər təfsirçilərin 
fikirincə, bütün insanlar istisnasız olaraq cəhənnəmə daxil 
olacaqlar.
Amma bu o demək deyildir ki, bütün insanlar 
cəhənnəm odunda yanacaqdır. Nəmrudun İbrahim 
peyğəmbəri oda atdığını xatırlayaq. Od yandırıcı olsa da, 
1
«Məryəm» surəsi, ayə 23.
2
«Məryəm» surəsi, ayə 71.
96


Allahın iradəsinə tabedir. Allahın iradəsi ilə od iman nuru 
qarşısında acizdir.
Cəhənnəmə daxil olan möminlərin iman nuru odu 
təsirsizləşdirər və kimsəyə zərər toxunmaz. Həzrət 
Peyğəmbər (s) buyurmuşdur: «

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin