birliyini qorumağa çalışmasına baxmayaraq,
Əbu Bəkrə
qarşı qiyama qalxdı. Ömər və Osman isə, qətlə yetirildi.
Sual 108:
Çoxallahlıq hansı dəlillərlə inkar olunur?
Cavab:
İslam çoxallahlığın bariz nümunəsi olan
bütpərəstlik mühitində zühur etdi. İnsanların zaman-zaman
etiqad etdiyi bütləri qırıb Allahın birliyinə inam yaratmaq,
yalnız əsaslı dəlillər vasitəsi ilə mümkün idi. İslam məntiq
və dəlillərlə bu inamı yarada bildi.
Qurani-kərimdə buyurulur: «
Əgər yerdə və göydə
Allahdan başqa tanrılar olsaydı, onların ikisi də
pozulardı
»
1
. Dünyanın obyektiv nizamlı quruluşu, Allahın
birliyinə ən yetərli dəlillərdəndir.
Müşriklər bu dəlil qarşısında «tanrılar
bir-birinə zidd
olmasa, dünyanın nizamı pozulmaz», dedilər. İslam onlara
belə cavab verdi: fərq və ziddiyyəti doğuran çoxluqdur.
Fərdlərin oxşarlığı eyniyyət deyil və oxşarlıq ziddiyyəti
azaltsa da, tam aradan qaldıra bilməz.
Bir kafir imam Sadiqdən (ə) soruşdu: «Allah necədir?».
İmam (ə) buyurdu: «Bir
halda ki, yaranış nizamlıdır,
ulduzlar səmada öz yolu ilə gedir, bu həmahənglik
yaradanın birliyinə dəlildir»
2
.
Qurani-kərim tərslik edib kainatın nizamını Allahın
birliyinə dəlil qəbul etməyənlərə «
Dostları ilə paylaş: