uzaqlaşdıran
hər bir əşya, hər bir əyləncə, hər bir bağlılıq
bütdür. Allahdan qeyrisinə könül verib, bəndəlik məqamını
unutmaq bütpərəstlikdir.
Sual 111:
Atəşin gülzara döndüyünü görən Nəmrud
iman gətirdimi?
Cavab:
Bütpərəstliklə fəal mübarizənin nəticəsi olaraq,
zalım padşah Nəmrud İbrahimi odda yandırmaq qərarına
gəldi. Zalım istismarçılar, adətən, avam kütlələrin qəlbini
ələ almaq üsullarını gözəl bilirlər. Nəmrud da belələrindən
idi. O, «hanı sizin qeyrətiniz», «nə üçün tanrılarınızı
müdafiə etmirsiniz», «qeyrətiniz varsa, İbrahimi oda çəkin»
kimi şüarlarla xalqı İbrahimə qarşı qaldırdı. Camaat tonqal
üçün qırx gün çır-çırpı daşıdı. Tonqal qalandıqdan
sonra
ətrafında elə bir hərarət yarandı ki, kimsə yaxınlaşa bilmədi.
Çox düşündükdən sonra qərara gəldilər ki, İbrahimi
mancanağa qoyub, əzəmətli tonqalın içinə atsınlar. Belə də
etdilər. Allah-təala buyurur: «
Dostları ilə paylaş: