Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə82/116
tarix16.12.2022
ölçüsü0,81 Mb.
#121220
1   ...   78   79   80   81   82   83   84   85   ...   116
170 suala cavab

Möminlər nicat tapdılar. 
O möminlər ki, namazlarında xuşu vardır
». 
Xuşu nədir? Xuşu insanın hər hansı əzəmət və ya 
həqiqət qarşısında təvazökarlığı, özünü kiçik tutmasıdır. 
Qurani-kərimdə namaza başlamaq yox, xuşu halında namaz 
qılmaq möminlik əlaməti hesab olunur.
«Məcməul-bəyan»ın təfsirində belə bir hədis nəql 
olunur: «İslam Peyğəmbəri (s) namaz zamanı bəzən göyə 
nəzər salardı. Yuxarıdakı ayə nazil olandan sonra bir daha 
başını qaldırmadı. Daim yerə baxdı». 
Doğrudan da, zorlu bir zalım qarşısında məzlum 
görkəm alan insan, necə ola bilər ki, Allah qarşısında özünü 
kiçik tutmasın?! Xuşu kimi vacib bir hal necə əldə oluna 
bilər? Ayə və hədislərin köməyi ilə, bu işdə müvəffəq olmaq 
istəyənlərə yeddi məsləhət verilir:
1. Mütaliə və düşüncə vasitəsi ilə Allahın böyüklüyünü, 
dünyanın kiçikliyini anlamağa çalışmaq;
111


2. İnsanın fikirini daim özünə cəlb edən səmərsiz 
məşğələlər, əyləncələrdən kənarlaşmaq;
3. Bəzək-düzəksiz, sadə yerdə namaz qılmaq;
4. Günahdan uzaq olmaq;
5. Namazın mətninin mənası və fəlsəfəsini öyrənmək;
6. Namazda müstəhəbb əməlləri yerinə yetirmək;
7. Namazda xuşunun şərt olunduğunu unutmamaq.
Sual 121:
Bər-bəzəkli yaşayışın imana təsiri varmı?
Cavab:
Allah-təala Qurani-kərimin müxtəlif ayələrində 
insanı ibadət üçün xəlq etdiyini buyurur. Bu da aydındır ki, 
qəlbdə Allah sevgisi olmadan əyilib-düzəlməyin heç bir 
faydası yoxdur. Qur´anda bu barədə buyurulur: «
Vay 
halına o namaz qılanların ki, onlar öz namazlarından 
qafildirlər
»
1
.
Bir anlıq özünüzü cərrahiyyə otağında hiss edin. Bu 
otaqda telefon, televizor, divarda şəkil, yerdə rəngarəng 
xalı-xalça gözə dəymir. Burada insanın diqqətini 
əməliyyatdan yayındırası heç nə yoxdur. Çünki bu otaqda 
insanın ilahi talehi həll olunur. Bir əməliyyatçının fikir 
dağınıqlığı, insan həyatına son qoya bilər.
Əgər Allah-təala ibadət üçün xəlq etmiş və fikir 
dağınıqlığı ibadəti puça çıxarırsa, demək, insan eynən 
cərrahiyyə otağındakı sadə mühitdə ibadət etməlidir.
Bəs qalan vaxtlar necə, Allahı unutmaq olarmı? Bər-
bəzəkli həyat insan düşüncəsini Allaha yaxınlaşdırır, yoxsa 
uzaqlaşdırır? «Möminun» surəsinin 33-cü ayəsindən məlum 
olur ki, kübar həyat tərzi iman yolunda ciddi 
maneələrdəndir: «

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin