Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə83/116
tarix16.12.2022
ölçüsü0,81 Mb.
#121220
1   ...   79   80   81   82   83   84   85   86   ...   116
170 suala cavab

Tayfasının kafir olan, axirətə 
qovuşacaqlarını yalan hesab edən və dünyada nemət 
1
«Maun» surəsi, ayə 4, 5.
112


verdiyimiz əyan-əşrəfi dedilər: «Bu sizin kimi adi bir 
insandır...
».
Bər-bəzəkli gün-güzəran qurmaq, başqalarının haqqını 
qəsb etmədən mümkün olmur. Dünyada böyük var-dövlət 
qazanmaq üçün əksər hallarda peyğəmbərləri və onların 
buyuruqlarını inkar etməkdən başqa yol yoxdur. Baxın 
ətrafa. Kübar həyat tərzi keçirənləri necə görürsünüz? 
Cəmiyyətdə spirtli içkiləri, əxlaqsızlığı, sələmçiliyi və başqa 
min bir fəsadı törədən həmin təbəqə deyilmi?!
Sual 122:
Nə üçün insanların əksəriyyəti həqiqəti 
xoşlamır?
Cavab:
Ola bilsin ki, bu mövqeyə etiraz edənlər tapıla. 
Axı ən qəddar cinayətkarlar da, həqiqəti sevdiklərini iddia 
edirlər. Burada iki mühüm nöqtəni qeyd etmək zəruridir.
Əvvəla, həqiqəti dildə, başqa sözlə sözdə qəbul etmək 
hələ həqiqəti sevmək deyildir. Həqiqətə bağlılıq əməldə 
sübut olunmalıdır. Həqiqəti sevən insan, bu həqiqət onun 
zərərinə olsa belə, etiraz etməz. Amma sözdə həqiqətdən 
dəm vuranlar, həqiqət onlara qarşı olduqda bəhanəyə əl 
atarlar. 
İkincisi, bəziləri elə güman edirlər ki, həqiqət nisbi 
anlayışdır. Amma əslində Allah bir olduğu kimi, həqiqət də 
birdir. Əgər bir tayfa müsəlman, o biri tayfa bütpərəstdirsə, 
bu o demək deyil ki, həqiqi din ikidir. Əgər nəzərə alsaq ki, 
dünyada yalnız bir həqiqi din mövcuddur, aydınlaşar ki, 
bəşəriyyətin böyük bir hissəsi həqiqətdən uzaqdır. Bu 
barədə Qur´anda belə buyurulur:
113


«
...Peyğəmbər onlara haqq olan Quranla gəldi. 
Lakin onların əksəriyyəti haqqı xoşlamır
»
1
.
«

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin