xəstəliklər səbəbindən qısa müddətli də olsa,
dəfələrlə
donuz ətinin istifadəsi qadağan edilmişdir.
Sual 15:
Bəni-İsrailin inək macərasında nədən danışılır?
Cavab:
Qurani-kərimin
«Bəqərə»
surəsində
rastlaşdığımız bu əhvalat öz riyakarlığı ilə Musa
peyğəmbərə (ə) olmazın əziyyətlərini verən yəhudilərin iç
üzünü açır, onların iman dərəcəsini göstərir.
Macəra belə baş verir: Bəni-İsraildə
bir nəfər qətlə
yetirilir. Qəbilələr arasında qatilin kimliyi ilə əlaqədar güclü
qarşıdurma yaranır. Tayfalar bu işdə bir-birlərini ittiham
edirlər. Nəhayət, qərara gəlirlər ki, bu mübahisədə
hakimliyi Musaya həvalə etsinlər. Musa öz qövmünə deyir:
«Allah sizə bir inək kəsmənizi əmr edir».
Onlar Musaya
itaət etmək əvəzində «bizi məsxərəyəmi qoyursan», «o inək
nə cür olmalıdır», «onun rəngini bizə bildir» və başqa bu
kimi yersiz suallarla söhbəti uzadırdılar. Nəhayət, inək
kəsilir və Allahın əmri ilə onun ətindən bir parçası ölüyə
toxundurulur. Qətlə yetirilmiş şəxs dirilir.
Uyğun surənin
72-ci ayəsində buyurulur: «
Dostları ilə paylaş: