Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri


Ey iman gətirənlər, nəfsinizi qoruyun. Siz doğru yolda



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə18/116
tarix16.12.2022
ölçüsü0,81 Mb.
#121220
1   ...   14   15   16   17   18   19   20   21   ...   116
170 suala cavab

Ey iman gətirənlər, nəfsinizi qoruyun. Siz doğru yolda 
olsanız, yoldan azanlar sizə heç bir zərər yetirməzlər
». 
İslamda hər bir müsəlmana vacib buyurulmuş on əməl 
sırasında əmr be məruf (doğru yola əmr) və nəhy əz 
münkər (azğınlıqı qadağan etmə) də vardır. Lakin bəziləri 
yanılaraq, yuxarıda zikr edilmiş ayədən belə nəticə 
çıxarırlar ki, hərə öz həyat tərzini müəyyən etməli və 
yolundan azanlara mane olmamalıdır.
Rəvayət olunur ki, həzrət Peyğəmbərin (s) və onun 
yaxınlarının iştirak etdiyi bir məclisdə «əmr be məruf» və 
«nəhy əz münkər» mövzusunda söhbət gedirdi. Gənc 
müsəlmanlardan biri söhbətə qarışaraq, yuxarıdakı ayəni 
misal gətirərək, «doğru yola çağırışa hacət qalırmı»,-deyə 
sual verir. Həzrət Peyğəmbər (s) buyurdu: «
Doğru yola 
əmr edin və bu yoldan azanların qarşısını alın. Amma 
elə bir zaman gəlsə ki, insanlar dünyanı üstün tutsalar, 
paxıllıq və nəfs onlara hakim olsa, hər kəs yalnız öz 
25


fikirini bəyənsə, bu cahillərdən uzaqlaşıb, özünüzlə 
məşğul olun
»
1

Demək, uyğun ayədəki göstəriş, yalnız müəyyən dövrə 
aiddir. Din, vətən, millət sevgisini anlayan insan bilir ki, 
ətrafdakı insanlara laqeyidlik cəmiyyəti uçuruma 
sürükləyir.
Sual 30:
Müsəmma əcəl nədir?
Cavab:
«Ənam» surəsinin 2-ci ayəsində buyurulur: 
«
Odur sizi palçıqdan yaradan, sonra isə əcəli müəyyən 
edən. Allahın yanında Müsəmma ‒ məlum bir əcəl də 
vardır
».
Ayədən məlum olur ki, insan üçün iki əcəl, iki ölüm 
vardır: müsəmma ‒ məlum əcəl və sadəcə əcəl. Başqa 
ayələrdən, eləcə də Əhli-beyt (ə) hədislərindən faydalanan 
təfsirçilər bu qənaətdədirlər ki, müsəmma əcəl təbii ölüm
əcəl isə qeyri-təbii ölümdür.
Öz təbii etibarı ilə bir çox mövcudlar uzun müddət 
yaşaya biləcəyi halda, müəyyən bir səbəb üzündən qəfil 
ölümlə rastlaşırlar. Beləcə, qəfil ölüm təbii ölümü 
qabaqlayır. İnsan da belədir. Əgər ona verilmiş ömrü 
qısaldacaq maneələr ortaya çıxmasa, təbii ölümədək yaşaya 
bilər. Məsələn, bir neft lampasının iyirmi saatlıq nefti varsa, 
əgər bir maneə olmasa, o bu iyirmi saatı yanmağında 
davam edəcək. Onun iyirmi saatdan sonra sönməsi təbii 
ölümün bir misalıdır. Amma qəfil əsən bir külək bu 
lampanı bircə saatdan sonra da söndürə bilər. 
Qeyri-təbii ölümün vaxtını qohum-əqrabanı tez-tez 
yoxlamaqla gecikdirmək olar. Amma təbii ölümün vaxtını 
dəyişmək qeyri-mümkündür. Qurani-kərimdə buyurulur: 
1
«Nurus-səqəleyn», 1-ci cild, səh. 684.
26


«

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin