Hər bir ümmətin əcəl vaxtı vardır. Onların əcəli gəlib çatdıqda, bircə saat belə nə yubanar, nə də tezləşər »
2
.
Sual 31: Peyğəmbərliyə nə üçün mələk seçilmədi?
Cavab: Həzrət Peyğəmbər (s) və onun gətirdiyi
ayinlərə müxalif olanlar, öz çirkin məqsədlərinə çatmaq
üçün min bir bəhanə gətirir, bütün vasitələrə əl atırdılar. Bu
bəhanələrdən biri də, peyğəmbər olaraq mələk yox, insanın
seçilməsindən doğan narazılıq idi. Hansı ki, həzrət
Məhəmmədin (s) peyğəmbərliyinə kifayət qədər dəlil var
idi. İkinci bir tərəfdən, belə bir etiraz təkcə həzrət
Məhəmmədə (s) qarşı yox, bütün peyğəmbərlərə qarşı
yönəlmişdi və olduqca yersiz görünürdü.
Bəs Qurani-kərimdə bu barədə nə deyilir? «Ənam»
surəsinin 8-ci ayəsində Allah-təala buyurur: «
Əgər biz elə bir mələk göndərsəydik, iş bitmiş olar və iman gətirməyənlərə bir an belə möhlət verilməzdi ».
Maraqlıdır, nə üçün möhlət verilməzdi? Cavab çox
sadədir: Allah-təala insanı əzaba düçar etməzdən əvvəl,
ona xəbərdarlıq edir. Xəbərdarlıq həm söz, həm də gözlə
ola bilər. Məsələn, bir insana «ovcumda qızıl olduğuna
inanmasan, səni cəzalandıracağam» deyirsən. Bu sözlə
xəbərdarlıqdır. Gözlə xəbərdarlıq odur ki, ovcundakı
qızılın bir tərəfini o şəxsə göstərəsən. Sözlə xəbərdarlığa
məhəl qoymayan insana düşünmək üçün möhlət vermək
olar. Amma gözü ilə gördükdən sonra inanmayan şəxsə
möhlət vermək üçün heç bir əsas yoxdur. Peyğəmbər
olaraq mələk göndərilməsi, qeybin aşkarlanması və gözlə
görünən son xəbərdarlıqdır. Allah-təala isə, insanı əql
mülkü ilə mükafatlandıraraq, onu üstün etmişdir.
2
«Əraf» surəsi, ayə 34.
27
Heyvanlar da gördüyünü hiss edir, duyur. İman isə,
zahir gözü ilə gördüyünə yox, bəsirət gözü ilə gördüyünə
inanmaqdır. Növbəti ayədə oxuyuruq: «Əgər biz onu