Lakin İslam mənbələrində
Adəmin günaha yol verdiyi
qətiyyətlə inkar olunur.
Bilirik ki, Adəm ilahi peyğəmbərlərdəndir. Quran
ayələrinə əsasən, ilahi peyğəmbərlər günah edə bilməz.
Bəzilərinin günah adlandırdığı müəyyən əməllər isə,
mütləq
günah deyil, «tərki-əvla»dır. «Əvlanın» lüğəti
mənası, «ən üstün» deməkdir. «Tərki-əvla» ən üstün, ən
yaxşı əməlin tərk edilməsidir. Məsələn, çox varlı
bir adam
kasıb qonşusuna böyük köməklər göstərə biləcəyi halda,
cüzi bir yardım göstərir. Bu varlığın haqqında elə ittihamlar
irəli sürülür ki, guya həmin şəxs günaha yol verib. Əslində
isə, heç bir günah baş verməyib. Sadəcə, yaxşı bir işi tərk
edib.
İlahi dərgaha yaxın insanların
əməlləri, onların
məqamına görə ölçülür. Adi bir insan üçün günaha hesab
olunmayan əməl, övliyalar üçün qüsur sayıla bilər. Ona
görə də, tərki-əvlaya yol vermiş peyğəmbərlər,
dərhal
cəzalandırılırlar.
Adəmin qadağan olunmuş ağaca toxunması günah yox,
tərki-əvladır. Bu əmələ görə, adi bir adam heç vaxt
cəzalandırılmazdı. Adəm peyğəmbərin cəzalandırılmasının
səbəbi, onun yüksək məqamı idi. Allah-təala «bu ağaca
yaxınlaşmayın, yoxsa özünüzə zülm edənlərdən olarsınız»
buyuraraq, sadəcə, Adəmə xəbərdarlıq etmişdir.
Dostları ilə paylaş: