daha böyüyünü istəmiş və «bizə Allahı aşkar göstər»
demişdilər
».
Bəni-İsrailin bu axmaq istəyi qarşısında Musanın Allah-
təalaya müraciət etməkdən başqa yolu qalmamışdı. Beləcə,
Musa Bəni-İsrailin nümayəndəsi olaraq «Ey Rəbbim, özünü
mənə göstər», dedi. Musanın istəyi qarşısında, Allah-təala
buyurdu: «
Sən məni əsla görə bilməzsən. Lakin dağa
bax. Əgər o yerində dura bilsə, sən də məni görə
bilərsən
».
Quranda belə buyurulur ki, Allah-təala dağa təcəlli etdi
və dağ parça-parça oldu. Musa huşunu itirdi. Ayılandan
sonra isə bu yersiz istəyə görə tövbə etdi.
Musa (ə) Bəni-İsrailin istəyini yerinə yetirdiyi halda, nə
üçün özü tövbə etməli idi? Təfsirçilərin fikirincə, Musa
Bəni-İsrailin nümayəndəsi olaraq onların
tərəfindən tövbə
edirdi.
Sual 35:
Nə üçün dünya bir anda yaradılmadı?
Cavab:
«Əraf» surəsinin 54-cü ayəsində buyurulur:
«
Həqiqətən, Allah-təala göyləri və yeri altı gündə xəlq
etdi
». Maraqlıdır ki, görəsən, misilsiz əzəmət sahibi olan
Rəbbimiz nə üçün dünyanı bir anda yaratmadı?
Təfsirçilər bu fikirdədirlər ki, hər hansı bir işin bir anda
həyata keçməməsi, həmin işin hikməti haqqında
düşünməyə imkan verir. Məsələn, insanın
ana bətnində
doqquz ay müddətində mərhələ-mərhələ formalaşması,
yaradanın əzəmətini daha da aşkar göstərir.
Allah-təala yeri və göyləri bizim ölçülərlə hər biri neçə
milyon il davam etmiş altı dövürdə yaratmışdır. Quranda
buyurulan altı gün, bizim iyirmi dörd saatlıq günümüzdən
tamam fərqlənir. Bu altı günün hikmətlə dolu olan hər anı,
ilahi elmin əzəmətindən danışır.
30
Bəs bu altı gündə hansı hadisələr baş verdi?
İlk gün, toplu qaz formasında
olan dünya öz oxu
ətrafında fırlanaraq parçalandı və planetlər yarandı; İkinci
gün, planetlərdən bəzisi közərmiş, bəzisi isə donmuş halda
dayanıqlı vəziyyətə keçdi. Üçüncü gün,
günəş sistemi
yaranmaqla, yer günəşdən ayrıldı. Dördüncü gün, yer
soyudu və həyat üçün şərait yarandı. Beşinci gün, otlar və
ağaclar yaradıldı. Altıncı
gün heyvanlar və insan yer
üzündə zahir oldu.
Dostları ilə paylaş: