Allahın dostları kimdir? Ayədə övliya adlandırılan bu
şəxslər, qəlblərindən dünya istəklərini çıxarmış, Allahı qəlb
gözü ilə görən möminlərdir. Okean qarşısında dayanan şəxs
üçün damlanın dəyəri heçdir. Günəşlə üz-üzə dayanan şəxs
çırağa etinasızdır.
Qorxu nədən yaranır? İnsan, ixtiyarında olan nemətləri
itirməkdən qorxur. İtirdikdən sonra isə qəm-qüssəyə batır.
Dünya nemətlərinin əsarətindən azad olmuş övliyalar nə
üçün qorxmalı və nə üçün də qəmlənməli imişlər?! Həzrət
Əli (ə) övliyalar haqqında buyurur: «
Əgər Allah onlar
üçün ölüm vaxtını təyin etməsəydi, bir an olsun belə
ruhları bədənlərində qalmazdı
»
1
.
Ruhi sarsıntılardan qurtarmaq üçün əyləncəyə, eyş-
işrətə,
musiqiyə, spirtli içkilərə,
narkotikaya üz tutan və
daha da dərin uçuruma yuvarlanan insanlar! «Bilin ki,
qəlblər yalnız Allahı zikr etməklə sakitlik tapar».
Sual 62:
Vaxtında iman gətirmiş qövm hansıdır?
Dostları ilə paylaş: