Su
yer üzünü bürüyüb, gəmini öz ağuşuna aldıqca,
əzaba düçar olan tayfa dalğalar altında görünməz olur.
Oğlunu əzaba düçar olanlar içində görən Nuhun
qəlbində atalıq hissi baş qaldırır. Allah dərgahına üz
tutub deyir: «Pərvərdigara, oğlum mənim ailəmdəndir.
Sən mənim ailəmi bu tufandan
xilas edəcəyini vəd
vermişdin». İstəyinə müsbət cavab alacağını ümid edən
Nuh peyğəmbərə buyurulur: «
O sənin ailəndən deyildir.
Dostları ilə paylaş: