İslam dinində təbiri caiz bilinən yuxu, yalnız
ilahi
yuxulardır. O biri yuxuların təbiri batildir və həmin
yuxulara inanmaq olmaz.
Sual 71:
Övladlardan birinə daha çox sevginin nəticəsi
nədir?
Cavab:
İslam dinində
günah hesab edilən çirkin
sifətlərdən biri həsəd, paxıllıqdır.
Qəlbində həsəd tüğyan
edən insanın ən yaxın adamını qətlə yetirməsi belə
mümkündür. Paxıl insan
bir nemətdən məhrum olduqda,
başqalarının da o nemətdən məhrum olması üçün çalışır.
Paxıl insanlardan qurulmuş cəmiyyət, hər an cinayətkarlıqla
qarşı-qarşıyadır.
İnsanda hələ erkən yaşlarından baş qaldıran bu hissin
əsas səbəbkarlarından biri, valideynlərdir. Yəqub
peyğəmbərin on iki oğlu var idi. Yəqub anaları dünyasını
dəyişmiş kiçik övladları Yusif
və Bin Yamini daha çox
sevirdi. Bu məhəbbət onun o biri oğlanlarında həsəd hissini
gücləndirmişdi. «Yusif» surəsinin 8-ci ayəsində Yusifin
qardaşlarının dili ilə belə buyurulur: «
...Biz bir dəstə
olduğumuz halda, Yusif və onun qardaşı atamıza daha
əzizdir. Həqiqətən, atamız açıq-aşkar səhv edir
».
Şübhəsiz ki, kiçik övladlarına daha çox məhəbbət
göstərən Yəqub, heç bir xətaya yol verməmişdi. Onun
məhəbbəti bu iki övladın fövqəladə ağıl və düşüncəsinə
əsaslanırdı. Bununla belə, Quran bu hadisəni ətraflı nəql
etməklə, valideynləri uyğun məsələdə daha artıq diqqətli
olmağa çağırır. Çünki bir övlada məhəbbətin izharı o biri
övladı o qədər sarsıda bilər ki, qəlbində doğan həsəd onu
cinayətə sürükləyər. Bəzən valideynlər övladın
pərişanlığını aradan qaldırmaq
üçün həkimə müraciət
edir, övladın məhəbbətə ehtiyacı olduğunu anlamırlar.
64
İmam Baqir (ə) buyurur: «
Mən bəzən bir övladımı dizim
Dostları ilə paylaş: