Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri


Sual 92: Behiştdə hansı nemətlər vardır? Cavab



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə62/116
tarix16.12.2022
ölçüsü0,81 Mb.
#121220
1   ...   58   59   60   61   62   63   64   65   ...   116
170 suala cavab

Sual 92:
Behiştdə hansı nemətlər vardır?
Cavab:
Qurani-kərimdə behiştin maddi və mənəvi 
nemətlərindən ətraflı şəkildədanışılmışdır. Səkkiz qapısı 
olan behiştdə, möminləri səkkiz böyük nemətin gözlədiyi 
bildirilmişdir:
1. Yamyaşıl behişt bağları, göz yaşı tək duru bulaqlar;
2. Bütün xəstəliklərdən və ağrılardan uzaq sağlamlıq;
3. Asayiş və əmin-amanlıq;
4. Kin-küdurətsiz, xəyanətsiz açıq ürək;
5. Məhəbbətlə müşayiət olunan qardaşlıq;
6. Taxtlarda üz-üzə əyləşib, kimsənin kimsəyə arxa 
çevirməməsi;
7. Yorğunluq və zəhmətdən uzaq təravət;
8. Mövcud nemətlərin əbədiliyi
1
.
1
«Hicr» surəsi, ayə 45-48.
83


Maraqlıdır ki, bütün bu nemətlər təqvalı insanlara vəd 
edilir. Amma bu nemətlər haqqında eşidib, öz günahlarına 
peşman olan insanlar da məyus edilmir. Allah-təala 
Qur~anda belə buyurur: «
Qullarıma xəbər ver ki, Mən, 
həqiqətən, bağışlayan və rəhm edənəm
»
1

Sual 93:
Qurani-kərimdə zeytun, xurma və üzümün adı 
nə üçün xüsusi qeyd edilir?
Cavab:
«Nəhl» surəsinin 11-ci ayəsində buyurulur: 
«...Sizin üçün əkin, zeytun, xurma, üzüm və bütün 
meyvələrdən yetişdirir
». Nə üçün ayədə zeytun, xurman 
və üzümün adı xüsusi çəkilir? 
Bəziləri həmin dövrdə ərəbistanda bu meyvələrin geniş 
yayıldığını səbəb göstərirlər. Lakin Quran hökmləri zaman 
və məkanla məhdudlaşmadığından, həmin fikir qəbul edilə 
bilməz. 
Həyatını bağçılığa sərf etmiş böyük alimlərin fikirincə, 
meyvələr arasında bu üç meyvə qədər qidalısı yoxdur. 
İnsan orqanizmi üçün zeytun yağı qədər faydalı ikinci bir 
yağ məlum deyil. Bu yağ orqanizmin enerji ehtiyaclarının 
ödənməsində olduqca mühüm rol oynayır. Əksər yüksək 
kalorili yağlar çətin həzm olunursa, zeytun yağı həzm 
prosesinə kömək edir. Həzrət Əli ibn Musa ər-Riza (ə) 
buyurur: «

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin